ELM VƏ TƏHSİL
AMEA-nın Humanitar Elmlər Bölməsinin əməkdaşları tərəfindən ötən il 127 kitab nəşr olunub
Bakı, 29 yanvar, AZƏRTAC
2021-ci ildə AMEA-nın Humanitar Elmlər Bölməsinin əməkdaşları tərəfindən 127 kitab (8-i xaricdə), 76 monoqrafiya (7-si xaricdə), 2253 məqalə (344-ü xaricdə, impakt faktorlu jurnallarda 20 məqalə), 185 tezis (86-sı xaricdə) çap edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında bölmənin Elmi şurasının sədri, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli söyləyib. O bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızın ədəbiyyat, mədəniyyət, folklor və mədəni irsinin öyrənilməsi ilə bağlı Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 32 kitab, 1 təqvim, 20 elmi və elmi-praktik tədbir keçirilib. Hesabat ilində, həmçinin bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən beynəlxalq miqyaslı on beş konfrans, bir konqres, bir forum, iki tədbir, bir seminar və bir dəyirmi masa təşkil olunub.