ELM VƏ TƏHSİL
AMEA-nın Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft və Qaz institutunun əməkdaşları və magistrantları “Hava-torpaq-dəniz birinci beynəlxalq konfransı”nda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans Xəzər Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Texniki Universiteti, Çin Elmlər Akademiyası, UNESCO və Avrasiya Universitetləri Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Beynəlxalq konfransda Cəvahir Rəcəbli və Gülgəz Nağıyeva “Suyun və yerin üst qatının neft və neft məhsullarından təmizlənməsinin ekoloji problemləri”, Aysel Məmmədova “Azərbaycanda təbii ehtiyatların ətraf mühitə təsirləri”, Gülnarə Əlizadə “Bahar palçıq vulkanında püskürmə məhsulları və torpağın ekoloji-geokimyəvi xüsusiyyətləri”, Pünhan Səmədli “Atmosferə atılan karbon qazının tutulub yığılması və məqsədyönlü istifadəsi”, Nurlanə Quliyeva “Atmosferə atılan karbon qazının tutularaq laya vurulması ilə neft veriminin artırılması ilə ətraf mühitə vurulan təsirin azaldılması”, Aynur Hacıyeva, Mina Namazova və Nəzakət İsayeva “Azərbaycan ədəbi irsində ətraf mühitin tərənnümü” mövzularında məruzələrlə çıxış ediblər.
İştirakçıların çıxışlarının hazırlanmasına institutun geoekologiya şöbəsinin müdiri Fəxrəddin Kərimov rəhbərlik edib.