ELM VƏ TƏHSİL
“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi nəşr olunub
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının yeni nömrəsi çap olunub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.
Jurnalda aktual iqtisadi mövzularda elmi məqalələr yer alıb. Bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir