CƏMİYYƏT


ANAMA: Ötən həftə 344 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 344 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.