CƏMİYYƏT


AQTA əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər

Bakı, 24 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qobustanda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə sahibkarlara heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsində qida zəncirinin ilkin istehsal mərhələsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rolu sahibkarların diqqətinə çatdırılıb.

Təsərrüfat sahiblərinə heyvandarlıq obyektlərinin baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlanılması, heyvan xəstəliklərinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl edilməsi ilə bağlı təlimatlar təqdim edilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.