CƏMİYYƏT


AQTİ ilə Latviyanın Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu arasında yeni əməkdaşlıq istiqamətləri müəyyən olunub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Latviya Respublikasının Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu (BIOR) arasında anlaşma memorandumu imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, memorandumda tərəflər arasında əməkdaşlığın bir çox istiqamətləri öz əksini tapıb. Buraya ət, süd və balıq müəssisələrində istehsalın bütün mərhələlərində laboratoriya müayinələrinin aparılması üçün mütəxəssis hazırlığı, heyvanların təhlükəli xəstəliklərinin və qida infeksiyalarının elmi-risk qiymətləndirilməsi, yoluxucu xəstəliklərin sürətli diaqnostikası kimi məsələlər daxildir.

Sənəd, həmçinin rezistent mikroorqanizmlərin serotipləndirilməsi və sekvenasiyası, metodlar və müayinələr üzrə təcrübə mübadiləsi, eləcə də mikroorqanizmlərin genetik xüsusiyyətlərinin öyrənilməsi kimi əməkdaşlıq istiqamətlərini də əhatə edir.

Bundan əlavə, tərəflər mikrob kolleksiyasında mikroorqanizmlərin uzunmüddətli saxlanma şəraitinin öyrənilməsi, metodların validasiyası və verifikasiyası üzrə bilik mübadiləsi, qida və heyvan xəstəlikləri risk qiymətləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə də əməkdaşlıq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.