Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN VAŞİNQTONA SƏFƏRİ

Vaşinqtonda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev bir sıra görüşlər keçirmişdir.

ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTAC VƏ PREZİDENTİN MİLLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİNİN MÜAVİNİ STİVEN HEDLİ İLƏ GÖRÜŞLƏR

ARDNŞ-ın birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin oktyabrın 21-də Birləşmiş Ştatların dövlət katibinin birinci müavini Riçard Armitac və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Stiven Hedli ilə keçirilən görüşlərində tərəflər ABŞ-Azərbaycan əməkdaşlığına dair geniş fikir mübadiləsi aparmışlar. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin artırılması zərurəti vurğulanmışdır. ABŞ hökumətinin rəsmi nümayəndələri terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq koalisiyaya dəstəyinin Birləşmiş Ştatlar tərəfindən çox yüksək dəyərləndirildiyini bildirmişlər.

“ERMƏNİSTAN QEYRİ-KONSTRUKTİV MÖVQEYİNDƏN ƏL ÇƏKMİR”

Milli Təhlükəsizlik Şurasında və Dövlət Departamentində aparılan müzakirələr zamanı İlham Əliyev Cənubi Qafqaz və Xəzər regionunda dövlətlərarası münasibətlərdən geniş bəhs etmişdir. O, Azərbaycan Respublikasi və Rusiya Federasiyası prezidentlərinin Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair Moskvada imzaladıqları sazişi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə başlanmasını regional sabitliyə müsbət təsir göstərən amillər kimi dəyərləndirmişdir.

ARDNŞ-in birinci vitse-prezidenti Amerika rəsmilərinə xatırlatmışdır ki, hüquqi, demokratik və dünyəvi dövlət quran, bazar iqtisadiyyatı yolu seçmiş Azərbaycan bu istiqamətdə hərtərəfli islahatlar həyata keçirir. Lakin ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsi böyük çətinliklər yaradır. Münaqişənin aradan qaldırılmamasının əsas səbəbi kimi Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkilməməsini vurğulayan İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ nümayəndələrinə bildirmişdir ki, belə vəziyyət Azərbaycanda əhalinin səbr kasasını doldurur, müharibə əhval-ruhiyyəsini gücləndirir. Bununla yanaşı o, ölkəmizin münaqişənin sülh yolu ilə həlli yollarını aramaqda davam edəcəyini söyləmişdir.

ABŞ-IN TANINMIŞ SİYASİ XADİMLƏRİ, GÖRKƏMLİ ALİMLƏRİ VƏ SABİQ RƏSMİ  ŞƏXSLƏRİ İLƏ GÖRÜŞLƏR

Dağlıq Qarabağ probleminin həlli yolları, regionda təhlükəsizlik və Azərbaycanda aparılan demokratik islahatlar həmin gün İlham Əliyevin ölkəmizin Vaşinqtondakı səfirliyində keçirdiyi daha iki görüşün də əsas mövzusu olmuşdur. ABŞ-ın tanınmış siyasi xadimləri, əvvəlki hökumətlərin aparıcı üzvləri Madlen Olbrayt, Uilyam Kohen, Zbiqnev Bzejinski, Brent Skoukroft, habelə görkəmli alimlər Fred Star və akademik Roald Saqdeyev və başqaları ilə birgə nahar zamanı geniş fikir mübadiləsi aparılmışdır. İlham Əliyev Azərbaycanda hazırkı vəziyyətə, ölkəmizin iqtisadi-sosial və demokratik inkişafına dair çoxsaylı suallara cavab vermişdir. O, bildirmişdir ki, Xəzər hövzəsinin təbii ehtiyatlarının işlənilməsi üzrə layihələr uğurla həyata keçirilir və bunun ilk müsbət nəticələri göz qabağındadır. İlham Əliyev demişdir ki, Azərbaycan hökumətinin əsas məqsədi bu layihələrdən əldə olunan gəliri ölkə iqtisadiyyatının yeni sektorlarının yaradılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlməkdən ibarətdir.

BRENT SKOUKROFT: İLHAM ƏLİYEV GÜCLÜ SİYASƏTÇİ TƏƏSSÜRATI BAĞIŞLAYIR

Tanınmış siyasi xadim BRENT SKOUKROFT İham Əliyev ilə görüşdən sonra demişdir:

-Biz İlham Əliyev ilə çox maraqlı görüş keçirdik. Azərbaycanın perspektivləri, ümumiyyətlə, region haqqında səmərəli fikir mübadiləsi apardıq. Mən bu müzakirələrdən çox məmnun qaldım. Anlayıram ki, indi çox mürəkkəb dövrdür. Lakin mən Azərbaycanın gələcəyinə nikbin baxıram. İlham Əliyev bizə güclü siyasətçi təəssüratı bağışladı. O, bizə region və ölkəsi haqqında dəqiq, tutarlı və çox ətraflı məlumatlar verdi.

AZƏRBAYCAN DEMOKRATİYANIN İNKİŞAFI ÜÇÜN MÜHÜM ADDIMLAR ATIR

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 21-də ölkəmizin Vaşinqtondakı səfirliyində Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun nümayəndələri ilə də görüşmüşdür. Azərbaycanda demokratik inkişafdan söhbət açan İlham Əliyev xatırlatmışdır ki, müstəqilliyimizin ilk illərində Ermənistanın hərbi təcavüzü, ölkəmizdə qanunsuz silahlı dəstələrin olması, separatçı qüvvələrin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığını təhlükə qarşısında qoymuşdu. Hazırkı iqtidar hakimiyyətə gəldikdən sonra ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkədə iqtisadi, demokratik islahatlar həyata keçirilməyə başlamışdır.

Milli Məclisin deputatı vurğulamışdır ki, Azərbaycan hökuməti demokratiyanın inkişafı istiqamətində müntəzəm və ardıcıl tədbirlər görür. Ölkəmizdə çoxsaylı siyasi partiyalar mövcuddur, senzura aradan qaldırılmışdır, azad mətbuat fəaliyyət göstərir, dini azadlıqlar təmin edilmişdir. Bütün bunlar Azərbaycanın ərazisinin 20 faizinin işğal altında olduğu, bir milyon vətəndaşımızın qaçqın və köçkünə çevrildiyi, ölkəmizə xaricdən daimi təzyiqlər edildiyi şəraitdə həyata keçirilir.

ABŞ-IN MİLLİ DEMOKRATİYA İNSTİTUTUNUN SƏDRİ, SABİQ DÖVLƏT KATİBİ XANIM MADLEN OLBRAYT İLƏ GÖRÜŞ

Həmin gün Milli Məclisin deputatı İlham Əliyev ABŞ-ın Milli Demokratiya İnstitutunun sədri, keçmiş dövlət katibi xanım Madlen Olbrayt ilə görüşmüşdür. İlham Əliyev Azərbaycanda demokratiyanın inkişafı sahəsində görülən işlər, Ermənistanın hərbi təcavüzü, onun nəticələri, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar bardə məlumat vermişdir. O, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Milli Məclisin nümayəndə heyətinin iştirakı haqqında da ətraflı söhbət açaraq demişdir ki, ölkəmizin bu beynəlxalq qurumda üzvlüyü Azərbaycanda demokratik proseslərə müsbət təkan verir.

Milli Məclisin deputatı ümid etdiyini bildirmişdir ki, ABŞ-ın qeyri-hökumət təşkilatları, xüsusən Milli Demokratiya İnstitutu Azərbaycanda təkcə müxalifət partiyaları ilə deyil, iqtidaryönlü partiyalarla da əlaqə quracaqlar.

X X X

Həmin gün İlham Əliyev nüfuzlu “Uoll- strit cornel” qəzetinin redaktorlar heyətinin üzvü Klaudiya Rozetə geniş müsahibə vermişdir.

ARDNŞ-nin birinci vitse-Prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin Vaşinqtona səfər çərçivəsində konqresmenlərlə və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə də görüşləri gözlənilir.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir