İQTİSADİYYAT
ƏRZAQ MƏHSULLARININ KEYFİYYƏTİNƏ NƏZARƏTİ GÜCLƏNDİRMƏK MƏQSƏDİLƏ
Ölkəmizin regionlarında da bu cür müasir tipli laboratoriyaların yaradılması davam etdirilir. Naxçıvan və Gəncə-Qazax iqtisadi rayonlarında müasir avadanlıq və cihazlarla təchiz olunmuş laboratoriyalar fəaliyyətə başlamışdır.
Lənkəran iqtisadi rayonuna daxil olan Cəlilabad şəhərində isə yeyinti və taxıl məhsullarının keyfiyyətini yoxlayan laboratoriyanın yaradılması işləri davam etdirilir. Bu laboratoriya üçün yeni binanın inşasına başlanmışdır. Laboratoriya Rusiya Federasiyası, Türkiyə və Almaniyadan gətiriləcək müasir cihaz və avadanlıqlarla təchiz olunacaqdır.
Quba-Xaçmaz iqtisadi rayonunda yeyinti məhsullarının keyfiyyətinin yoxlanılması üçün laboratoriya yaradılması nəzərdə tutulmuşdur. Bu laboratoriyalar əhalinin ekoloji təmiz, beynəlxalq gigiyena, sanitariya normalarına cavab verən ərzaq məhsulları ilə təmin edilməsində, ölkəmizdə rəqabət qabiliyyətli və keyfiyyətli məhsul istehsalında xüsusi rol oynayacaqlar.