İQTİSADİYYAT
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROQRAMINA 327 MİN DOLLAR AYRILMIŞDIR
FAO-nun Azərbaycandakı rəsmi nümayəndəsi Ramiz Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məqsədi ərzaq təhlükəsizliyi sahəsində vahid regional siyasətin işlənib hazırlanması olan bu proqram İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO ) rəhbərliyi tərəfindən bəyənilmişdir.
Əliyev qeyd etmişdir ki, bu il oktyabrın axırında Almatı şəhərində proqram layihələrinin hazırlanmasına dair üç seminardan birincisi təşkil olunmuşdur. Seminarın işində Orta Asiya ölkələrindən, Azərbaycan, Türkiyə, Pakistan və İrandan onlarca mütəxəssis iştirak etmişdir. Seminar iştirakçıları proqram layihələrinin parametrlərini nəzərdən keçirmiş və ərzaq siyasəti sahəsində əsas problemləri müzakirə etmişlər. Ekspertlərin ikinci seminarının Tehranda keçirilməsi qərara alınmışdır.