MƏDƏNİYYƏT


“ASAN Radio” yeni layihəni təqdim edib VİDEO

Bakı, 28 fevral, AZƏRTAC

“ASAN Radio”nun dəstəyi ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş yeni layihə hazırlanıb. Layihənin rəhbəri “ASAN Radio”nun direktoru Emin Musəvi, ideya müəllifi isə Əməkdar artist Bəhram Bağırzadədir.

AZƏRTAC xəbər verir ki, videoda H.Z.Tağıyevin həyat yolundan ən vacib və nümunəvi məqamlardan birinə yer verilib. Böyük xeyriyyəçinin Azərbaycanın savadlı gələcəyi naminə xidmətlərinə nəzər yetirilib.

Layihənin ərsəyə gəlməsinə Milli Azərbaycan Tarixi Muzeyi dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə aktyor Bəhram Bağırzadə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişdi. Dövlət başçısı təklifi bəyənərək, dərhal tapşırıq verdi. Beləliklə, böyük azərbaycanlı, xeyriyyəçi H.Z.Tağıyevin heykəli tezliklə paytaxtın mərkəzində ucaldılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.