CƏMİYYƏT


ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər

Bakı, 23 mart, AZƏRTAC

ASAN könüllüləri martın 16-dan etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstərirlər.

“ASAN xidmət”dən AZƏRTAC-a bildirilib ki, könüllülər xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar ( su, əlcək, maska) ilə təmin olunma və s. kimi işləri görürlər.

Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.