CƏMİYYƏT


“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb VİDEO

Bakı, 1 aprel, AZƏRTAC

“ASAN xidmət” #OGünGələcək mesajlı sosial videoçarx nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda son zamanlar koronavirus pandemiyasının qarşısının alınması məqsədilə vətəndaşlarımızın sosial həmrəylik nümayiş etdirərək evlərindən çölə çıxmamaları və bu səbəbdən Bakı şəhərinin küçələrinin boşluğu diqqətə çatdırılıb.

Bütün bunlara baxmayaraq, vətəndaşlarımıza pozitiv mesaj ötürülərək bu küçələrdə tezliklə Günəşin daha gözəl doğacağı, sevinc səslərinin eşidiləcəyi və birlikdə gözəl anların yaşanacağı günün gələcəyinə ümid ifadə olunub. Həmin günün gəlməsi üçün bu günlərdə ayrı qalmağın mümkünlüyü, ürəklərin bir olduğu halda məsafələrin əngəl olmadığı bildirilib.

Xatırladaq ki, “ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə loqotipində müvəqqəti dəyişiklik edib. Belə ki, #məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi genişləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.