REGİONLAR


“ƏSA” teatrı Lənkəranda qastrol səfərində olub

Lənkəran, 22 iyul, Bağır Əliyev, AZƏRTAC

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA” Lənkəranda qastrol səfərində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın aktyorları Lənkəran Dövlət Dram Teatrında böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşası ilə çıxış ediblər.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru isə Elşən Əsgərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.