İQTİSADİYYAT


“ASK Şüşə” zavodunda ilk istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb

Bakı, 22 may, AZƏRTAC

"ASK Şüşə" zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-dən AZƏRTAC-a bildirilib ki, zavodun ərazisinə baxış keçirən qurumun baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olub, lazımi göstərişlər verib.

İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90 faizə çatacağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə təsis edilən "ASK Şüşə" MMC "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisələrindən biridir. 22 hektar ərazidə yerləşən zavod İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. Xammal kimi istifadə olunan şüşə qırıntılarının tədarükü əsasən respublikanın emal müəssisələrindən təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.