SİYASƏT


AŞPA-nın Türkiyə ilə bağlı qərarı təşkilatda böhranın dərinləşməsinə çalışan qüvvələrin marağına xidmət edir

Strasburq, 25 aprel, AZƏRTAC

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qurumun yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafındakı müzakirələrdə çıxış edib. O deyib ki, Türkiyə hazırda çətin bir prosesdən keçir və həmin prosesdə biz bu ölkəyə dəstək olmalıyıq.

Səməd Seyidov qeyd edib ki, Türkiyəyə münasibətdə müsbət yanaşma, onun mövqeyinin dəstəklənməsi daha lazımlıdır, nəinki onun təcrid edilməsi və ya yenidən monitorinq prosesinə qaytarılması. Bu ölkəni yenidən monitorinq prosesinə qaytarmaq onun əməkdaşlığa bağlı hazır olmasına qarşı adekvat cavab deyil, əksinə, cəza tədbiridir. Bu, daha böyük problemlərə gətirib çıxara bilər. Belə addımın qəbul edilməsi Türkiyəni Avropa proseslərindən təcrid edəcək və vəziyyəti daha da çətinləşdirəcək. Bu isə nə AŞPA, nə də Türkiyə üçün müsbət nəticələr verəcək. Türkiyə öz mövqeyini bəyan etməklə demək istəyir ki, o, əməkdaşlığa hazırdır.

“Belə bir qərar qəbul etməklə biz, nə AŞPA-ya, nə də Türkiyəyə yaxşılıq etmirik, əksinə, bu təşkilat içərisində böhranın daha da dərinləşməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökürük”, - deyə S.Seyidov bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.