SİYASƏT
AŞPA-nın komitə iclasında mədəni irsin qorunması və media ilə bağlı məsələlər müzakirə ediləcək
Bakı, 6 may, AZƏRTAC
Mayın 7-dən 13-dək İtaliyanın paytaxtı Roma şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatı Rafael Hüseynov təmsil edəcək.
İclasda mədəniyyətlərarası dialoqun inkişafı, mədəni irsin qorunması, iqlim dəyişikliyi, media və informasiya sahəsində təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:21]
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
- 26.04.2024 [15:21]