SİYASƏT


AŞPA-nın payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda keçiriləcək

Paris, 16 sentyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda Fransanın Strasburq şəhərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində “Ətraf mühit və insan hüquqları: sağlam, təhlükəsiz və davamlı ətraf mühit hüququ” adlı yüksəksəviyyəli panel və interaktiv debatlar təşkil olunacaq.

Sessiya müddətində Avropa Şurasının sağlam ətraf mühit hüququnu təminetmə fəaliyyətinə dair 7 hesabatın dinləniləcəyi gözlənilir. Həmçinin təhlükəsiz, sağlam və təmiz ətraf mühit hüququ bərabərsizliyinin aradan qaldırılması, eləcə də iqlim və miqrasiya mövzuları, tədqiqat siyasətinin ətraf mühitin qorunmasını necə təşviq edə biləcəyinin araşdırılmasına dair hesabatlar da müzakirə olunacaq.

Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri, eləcə də sosial hüquqların gücləndirilməsi ilə sosial etimadın bərpası da müzakirə ediləcək mövzular sırasında yer alacaq.

Sessiya çərçivəsində Avropa Şurasının prezidenti Şarl Mişelin, Avropa Sağlamlıq və Qida Təhlükəsizliyi Komissarı Stella Kiryakidesin, Şimali Makedoniyanın Baş nazirinin Avropa işləri üzrə müavini Nikola Dimitrovun çıxışları gözlənilir. Həmçinin Macarıstanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Peter Siyarto çıxış edəcək.

Payız sessiyasında Parlament Assambleyasının sıralarında gender təmsilçiliyi, eləcə də Assambleya üzvlərinin parlament toxunulmazlığının əhatə dairəsi ilə bağlı təlimatlar da debatlarda yer alacaq.

Əfqanıstandakı vəziyyət də sessiya çərçivəsində müzakirə ediləcək mövzulardan olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.