ELM VƏ TƏHSİL
ASTARADA YAPONİYA HÖKUMƏTİNİN MALİYYƏDƏSTƏYİ İLƏ TİKİLƏN MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Smeta dəyəri 83 min 253 manat olan təhsil müəssisəsinin tikintisində «Qadın dünyası» milli qeyri-hökumət təşkilatının mütəxissəsləri və yerli inşaatçılar çalışmışlar.
Yeni məktəb Təhsil Nazirliyi tərəfindən 8 ədəd kompüter və yeni avadanlıqla təmin edilmişdir.
Burada, həmçinin, yeni elektrik və istilik sistemi quraşdırılmışdır.
Bu münasibətlə təşkil edilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi, səfirliyin iqtisadiyyat və iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Mitsuhiro Kohno, Astara rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov, Bakı Dövlət Universitetinin professoru İsgəndər Quliyev, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova və başqaları çıxış edərək yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə kəndin sakinlərini, müəllim və şagirləri təbrik etmiş, 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Yaponiyaya səfərindən sonra iki ölkə arasında səmərəli əmkdaşlığın təməlinin qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulamış, Azərbaycanda sosial məsələrin həllinə göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarıını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.