SİYASƏT
ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclası başa çatıb VİDEO
Lüksemburq, 7 iyul, AZƏRTAC
Lüksemburqda ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclası başa çatıb. İclasın işində Azərbaycan Milli Məclisinin Sədr müavini, parlamentin ATƏT-PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, komitə kiprli deputat Kiriakos Hadjiyanninin hazırladığı və təqdim etdiyi qətnamə layihəsini müzakirə edib. Komitənin dünənki iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın və deputat Tahir Mirkişilinin çıxışlarından sonra nümayəndə heyətimizin təklif etdiyi düzəliş qəbul olunub.
ATƏT PA işini davam etdirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq