SİYASƏT


ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası başa çatıb VİDEO

Lüksemburq, 7 iyul, AZƏRTAC

Lüksemburqda ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası başa çatıb. Xatırladaq ki, komitənin əvvəlki iclasında nümayəndələrin müzakirəsinə irlandiyalı deputat Alan Farrelin “Təhlükəsizliyin möhkəmləndirilməsi üçün dayanıqlı inkişafa dəstək: parlamentarilərin rolu" məruzəsi təqdim olunmuşdu. Bu sənəddə “dondurulmuş” münaqişələr mövzusu əks olunub və təklif edilən yekun qətnaməyə düzəlişlərlə bağlı Azərbaycan və Ermənistan nümayəndələrinin də iştirakı ilə kəskin debatlar aparılıb.

AZƏRTAC xəbər verir ki, Ermənistan nümayəndə heyətinin Azərbaycanın adının qətnamə layihəsindəki ATƏT PA-nın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəklədiyi ölkələr sırasından çıxarılması cəhdi ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyevin əsaslandırılmış çıxışından sonra boşa çıxıb. Layihədəki 19-cu paraqraf dəyişməz qalıb və ermənilərin düzəlişi rədd edilib.

Bu gün səhər Komitə düzəlişlərin müzakirəsini davam etdirib. İclas bu gün işini başa çatdırıb.

ATƏT PA isə işini davam etdirir və yaxın saatlarda onun yekun plenar iclası keçiriləcək.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.