Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATƏT PA-nın komitə iclasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qızğın debatlar gedir VİDEO

Lüksemburq, 5 iyul, AZƏRTAC

Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. İrlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunuldu. Gözlənildiyi kimi, bu məruzədən sonra təklif olunmuş yekun qətnaməyə düzəlişlər barəsində kəskin debatlar başlanıb.

AZƏRTAC xəbər verir ki, çıxış üçün söz alan Ermənistan deputatı Hayk Koncoryan yenə “köhnə valı” işə salaraq dedi ki, ayrıca götürülmüş hər bir münaqişənin özünəməxsus cəhətləri var, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi guya “insan haqları” sahəsinə aiddir. Koncoryan iclas iştirakçılarını daha da çaşdırmağa, onları “heyrətləndirməyə” çalışaraq bəyan edib ki, Azərbaycan özü ATƏT-ə daxil olarkən xalqların təyini-müqəddərat hüququnu tanıyıb. Lakin bu halda Koncoryan bir məsələni dəqiqləşdirməyi unutdu ki, Bakı bunu heç vaxt gizlətməyib: bəli, Azərbaycan xalqların təyini-müqəddərat hüququnu tanıyır və həmişə tanıyıb, amma Azərbaycan beynəlxalq hüququn bu prinsipini erməni ”nəzəriyyəçilərin” yozmağa çalışdığı kimi təhrif olunmuş interpretasiyada deyil, 1975-ci il Helsinki Yekun Aktında təsbit olunduğu kimi tanıyır.

Erməni nümayəndədən sonra çıxış üçün söz almış ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev məruzəçinin bir faktı etiraf etməsinə görə ona təşəkkürünü bildirdi ki, bütün ATƏT məkanındakı dondurulmuş münaqişələrin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal edilməsi ilə əlaqədar münaqişənin nizamlanması regionda davamlı sabitliyin, təhlükəsizliyin və sülhün zəruri şərtidir. O, məruzəçinin bu mövqeyini dəstəklədiyini bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT PA-nın bəyannamələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hüquqi baza yaradır. Quliyev, eyni zamanda, Komitə üzvlərini qətnamə layihəsinin ilkin variantını dəstəkləməyə və Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişi rədd etməyə çağırdı. Deputat bu çağırışını əsaslandırmaq üçün ATƏT-in 1992-ci il tarixli qərarına istinad etdi. Həmin sənəddə bu münaqişə məhz “Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” adlandırılıb. A.Quliyev xatırlatdı ki, 1992-ci ilin mayından etibarən bu münaqişə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə tammiqyaslı müdaxiləsinə və nəinki Dağlıq Qarabağ regionunun özünün, həm də ona bitişik yeddi rayonun işğalına çevrilib və hər rayonun işğalından sonra BMT Təhlükəsizlik Şurası bir-birinin ardınca qətnamələr qəbul edib, lakin Yerevan bu qətnamələrin heç birinə məhəl qoymayıb. Azərbaycanlı siyasətçi dedi: “Beləliklə, həmin qətnamələrdən sonra biz Ermənistan tərəfindən bu regionun hüdudlarından kənarda işğal edilmiş əraziləri də nəzərə alaraq, həmin münaqişəni yalnız “Dağlıq Qarabağ münaqişəsi” adlandıra bilmərik”.

A.Quliyev çıxışının sonunda xatırlatdı ki, beynəlxalq birlik Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu Azərbaycanın tərkib hissəsi kimi tanıyır, qeyri-qanuni işğal isə suverenliyin və yurisdiksiyanın dəyişməsinə səbəb olmur.

Deputat Ani Samsonyan özünün dolaşıq və rabitəsiz çıxışında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin relevantlığını şübhə altına almağa çalışdı və nədənsə belə “qərara aldı” ki, beynəlxalq birlik işğal edilmiş Dağlıq Qarabağdakı oyuncaq rejimi guya “münaqişənin bərabərhüquqlu tərəfi” kimi tanıyıb.

Deputat Tahir Mirkişili erməni həmkarının çıxışına cavab olaraq xatırlatdı ki, insan haqları, ilk növbədə, iki icmadan ibarət Dağlıq Qarabağ regionunun sakinlərinə aiddir. Bu sakinlərin bir qismi etnik prinsipə görə öz doğma yurdlarından qovulması səbəbindən kənarda yaşamağa məcbur olub. T.Mirkişili Komitə üzvlərini qətnamə layihəsini ilkin formada dəstəkləməyə çağırdı.

Debatların sonunda çıxış edən Mariya Karapetyan da öz həmvətənləri kimi, Ermənistan-Azərbaycan münaqişəsini digər dondurulmuş münaqişələrdən fərqləndirməyə və onu hansısa “unikal” keys hesab etməyə çağırdı və həmkarlarından Ermənistanın təklif etdiyi düzəlişi dəstəkləmələrini xahiş etdi.

Komitənin iclası sabah öz işini davam etdirəcək və debatlar da davam edəcək.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

ATƏT PA-nın komitə iclasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qızğın debatlar gedir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ