DÜNYA


ATƏT-in Baş katibi Moskvada Qarabağdakı vəziyyəti müzakirə edəcək

Moskva, 21 iyun, AZƏRTAC

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilir.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində digər məsələlərlə yanaşı, Qarabağdakı vəziyyət, Ukrayna-Rusiya münasibətləri, Dnestryanı münaqişə, Cənubi Qafqazda sabitliyə dair Cenevrə diskussiyalarında ATƏT-in vasitəçilik rolu müzakirə olunacaq.

Qeyd edək ki, bu, Helqa Şmidin ATƏT-in Baş katibi vəzifəsində Rusiyaya ilk səfəridir. O, Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün ölkəyə gəlib.

Rusiya xarici siyasət idarəsinin başçısı ilə H.Şmid hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar məsələləri, o cümlədən regional münaqişələrin nizama salınması, terrorizmlə mübarizə məsələlərini müzakirə edəcəyi bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.