Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATƏT-in Minsk qrupunda kreativlik qıtlığı və ya Madrid prinsiplərinə rekviyem

ATƏT-in Minsk qrupunda kreativlik qıtlığı və ya Madrid prinsiplərinə rekviyem

Berlin, 17 aprel, AZƏRTAC

Bu günlərdə ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə Prezident İlham Əliyevin “sual-cavab” formatında görüşü həm görüş iştirakçılarının, həm də Azərbaycanda və xaricdə bu görüşü birbaşa efirdə, sonra isə lent yazısında diqqətlə izləyən geniş auditoriyanın yadında uzun müddət qalacaq.

Görüş iştirakçıları həm onları maraqlandıran suallarla Prezidentə müraciət edir, həm də işğaldan azad edilmiş ərazilərə səfərlərdən şəxsi təəssüratlarını bölüşür, maraqlı fikirlər söyləyir, öz ölkələri adından Azərbaycanı təbrik edirdilər. Tanınmış xarici ekspertlərin Azərbaycanın dövlət başçısı ilə canlı və əyani ünsiyyət formatı, onlayn rabitə vasitələrinin köməyi ilə yeni qonaqların bu görüşə qoşulması, distant rejimdə suallar vermək imkanı, eyni zamanda, bu tədbirin sosial şəbəkələr və digər platformalar vasitəsilə birbaşa translyasiya edilməsi Azərbaycanın zamanla addımlaşmasının və ölkə Prezidentinin xarici ekspertlərlə ünsiyyət üçün nə dərəcədə açıq olmasının əyani sübutu idi. Şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin uğurlarını və onun innovasiyalara hədəflənmiş qabaqcıl ölkələr sırasına çıxmasını əks etdirir.

Üç saatdan çox davam etmiş bu görüş, əlbəttə, ətraflı öyrəniləcək, tədbirin lent yazısı dəfələrlə dinləniləcək və təhlil ediləcək. Sual-cavabların gedişində çox geniş spektrli mövzulara toxunulub. Təbii ki, həmin mövzuları hərtərəfli təhlil etmək olar, lakin fikrimcə, bu dəfə mövzulara ayrı-ayrılıqda toxunmaq daha yaxşı olar.

Həmin görüşdə deyilənlərin çoxu Prezident tərəfindən istər Vətən müharibəsi günlərində, istərsə də Qələbədən sonra dünya KİV nümayəndələri ilə əvvəlki görüşlərində, xüsusən fevralın 26-da keçirilmiş tarixi mətbuat konfransında açıqlanmışdı. Lakin bu son görüşdə xüsusi diqqətə layiq olan yeni elementlər də vardı. Belə məqamlardan biri dəyişmiş şəraitdə ATƏT-in Minsk qrupunun gələcək rolu barədə idi. Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan bu barədə sual verdi.

Prezidentin cavabını sözbəsöz sitat gətirirəm: “Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər. Lakin hesab edirəm ki, ciddi danışsaq, onların postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələr ola bilər. Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub. Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir. Əgər, Ermənistan münaqişənin həll olunmadığını deyirsə, onda mən Ermənistan tərəfindən münaqişənin həllini necə gördüklərini, bizim nələr etməli olduğumuzu soruşa bilərəm. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Ermənistanla gələcək sülh razılaşması haqqında danışanda, yəni, əgər Ermənistan belə bir variantı nəzərdən keçirərsə, bu halda beynəlxalq tərəflər üçün çoxlu imkanlar ola bilər. Demarkasiya, delimitasiya, qarşılıqlı əlaqə məsələləri var. Biz beynəlxalq birliyin bir hissəsiyik, biz ATƏT-in üzvüyük və ATƏT-in regionda çox xüsusi rolu var. Buna görə mən onların faydalı ola biləcəyini düşünürəm. Lakin onlar bizə çoxdandır səfər etmir. Ümid edirəm ki, onlar tezliklə müəyyən təkliflərlə gələcəklər və biz də, əlbəttə ki, bu təklifləri lazımi diqqət verərək nəzərdən keçirəcəyik”.

Prezidentin bu sözlərinin mənası tamamilə aydındır: əgər siz özünüz hesab edirsinizsə ki, missiyanız başa çatmayıb, onda özünüzü göstərin, dəyişmiş şəraitdə öz ideyalarınızı təqdim edin. Lakin heç olmasa bu dəfə kreativ olmağa çalışın.

Budur, onlar “özlərini göstərdilər”. Müzəffər Ali Baş Komandanın çıxışından bir neçə saat keçməmiş 29 il ərzində bizim başımızı ağrıdan qurum birdən-birə özünü xatırlatdı. Kaş onlar həmişə belə operativlik göstərəydilər!

Lakin kreativlik barədə bunları demək olmaz. ATƏT-in Minsk qrupu həmsədrlərinin elə həmin gün bəzi yerlərdə yayılmış bəyanatının mətni belə təsəvvür yaradır ki, bu mətnin müəllifləri son yarım ildə letargiya yuxusunda olublar və yalnız son günlərdə komadan ayılıblar. Onların birgə bəyanatının mətnindəki aşkar ziddiyyətlər diqqəti cəlb edir. Məsələn, bəyanatın lap əvvəlində həmsədrlər atəşkəsə görə məmnun olduqlarını ifadə edərək bildiriblər ki, tərəflər arasında 2020-ci il noyabrın 10-da əldə edilmiş və üçtərəfli Bəyanatda təsbit olunmuş razılaşmaların yerinə yetirilməsini diqqətlə izləyirlər. İlk baxışda yaxşı haldır ki, həmsədrlər üçtərəfli Bakı-Yerevan-Moskva Bəyanatını dəstəklədiklərini bildirirlər. Həmin Bəyanatın mahiyyəti, əslində, belə adlandırılan Madrid prinsiplərini aktuallıqdan məhrum edib. Çünki həmin prinsiplər keçən il sentyabrın 27-də ilk atəş səsləri eşidilənə qədər danışıqlar masasında qalırdı.

İndi isə birdən-birə belə bir fraza görürük: “Həmsədrlər bu münaqişənin tərəflərə məlum olan prinsiplər və elementlər əsasında birdəfəlik, hərtərəfli və uzunmüddətli həllinə nail olmağın zəruriliyinə xüsusi diqqət yetirirlər”.

Necə deyərlər, nənəcan, bu da sənin Yuryev günün! Görünür, həmsədrlər tərəfləri münaqişənin qəti həllinə nail olmağa çağırarkən əsaslanmalı olan “prinsiplər” dedikdə, həmin Madrid prinsiplərini nəzərdə tuturlar, amma öz bəyanatlarında bu prinsiplərin hətta adını çəkməyə utanırlar”

Axı, Prezident İlham Əliyev aydın şəkildə deyib: münaqişə həll edilib, nöqtə! Münaqişə artıq həll ediləndən sonra onun həllini təklif etmək gülüncdür. Bir tərəfdən, Madrid prinsiplərini torpağa gömmüş 10 noyabr tarixli üçtərəfli Bəyanatı alqışlamaq, bir neçə sətir sonra isə “tərəflərə məlum olan” prinsiplərə və elementlərə qayıtmağa çağırmaq nə deməkdir! Bunlar bir araya sığışmır! Bu gün Madrid prinsiplərinə qayıtmaq Azərbaycanın Şuşadan, Hadrutdan, Suqovuşandan, Talışdan, keçmiş DQMV-nin keçmiş Martuni rayonunun yarısından və hətta Kəlbəcər rayonundan getməsini nəzərdə tutardı. Bu halda Dağlıq Qarabağın qəti hüquqi statusunun müəyyən edilməsi üzrə qondarma səsvermədən 5 il sonra həmin ərazilər “ola bilsin” Azərbaycana təkrar (?) qaytarılacaqdı.

Əziz həmsədrlər, nəinki qəti, hətta aralıq status da yoxdur və olmayacaq. Nəinki səsvermə olmayacaq, indi hətta “Dağlıq Qarabağ” anlayışının özü yoxdur! Artıq münaqişə də yoxdur! Hamısı keçmişdə qaldı! Siz Azərbaycanın indi işğaldan azad edilmiş, vaxtilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan bütün ərazilərdən çıxmasını necə təsəvvür edirsiniz? Madrid prinsiplərinə əsasən, qondarma səsvermədən 5 il sonra Azərbaycana qaytarılmalı olan Kəlbəcər rayonundan bizim getməyimizi necə təsəvvür edirsiniz? Bəlkə biz lap orta əsrlərə aid müqavilələrə qayıtmalıyıq? Bəlkə Zəngəzur dəhlizindən də imtina etməliyik, axı “tərəflərə məlum olan prinsiplər və elementlər” arasında bu dəhlizin adı çəkilmirdi.

Bakı sizdən münaqişədən sonra inkişafa aid təkliflər gözləyirdi. Siz isə sentyabrdan əvvəlki vəziyyətə qayıtmağı təklif edirsiniz. Sizə deyirlər: “münaqişə həll edilib”, siz isə cavabında deyirsiniz “gəlin, lenti geriyə fırladaq, münaqişəyə qayıdaq və onu yenidən, lakin bizim köhnə tövsiyələr üzrə həll etməyə başlayaq”. Belə çıxır ki, sizin fikrinizcə, Azərbaycan xalqı bu qədər övladını nahaq yerə qurban verib?

Yarım illik koma vəziyyətindən çıxmağın vaxtıdır!

Bir məqam da təəccüb doğurur ki, sonuncu bəyanatın müəllifləri arasında üçtərəfli Bəyanatın hazırlanmasında şəxsən iştirak etmiş və həmin Bəyanatı şəxsən imzalamış Prezident də var. Belə çıxır ki, həmin həmsədr Bəyanatın hər bir bəndinə ciddi riayət etməyin zəruri olduğunu dəfələrlə bildirən dövlət başçısının iştirakı ilə əldə edilmiş razılaşmalara qarşı mübahisə edir? Paradoksdur...

Vətən müharibəsi əvvəlki reallıqların formatını tamamilə dəyişdi. Həmsədrlər özləri etiraf edirlər ki, əvvəlki reallıqlar davamlı deyildi. Vasitəçilərin müharibədən əvvəl tez-tez təkrarladıqları məşhur kəlamı xatırlayaq: “the current status-quo is not sustainable”. İndi tarixin zibilliyinə göndərilmiş əvvəlki, davamlı olmayan status-kvoya qayıtmağı təklif etmək olarmı? Nədən ötrü? Artıq həll edilmiş məsələni yenidən həll etməyə başlamaq üçünmü?

Bakı həmsədrləri yeni təkliflər təqdim etməyə çağırarkən onlardan gözlədiyi “kreativlik” budurmu?

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında aydın şəkildə bildirib ki, Bakının həmsədrlərdən gözlədiyi təkliflər əldə edilmiş kövrək sülhə ziyan vurmamalıdır. Biz geriyə yox, irəliyə baxmalıyıq. İrəlidə isə Ermənistanla sülh müqaviləsi, Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiya və demilitasiyası, Azərbaycanın Sədərək və Qazax rayonlarının hələ də işğal altında qalan anklavları məsələsi, Qarabağın sülhməramlı zonasında yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, azərbaycanlı icmanın Xankəndi, Xocalı, Kərkicahan, Cəmilli, Kosalar, Ballıca, Meşəli, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Umudlu, Çərəktar, Sırxavənd, İmarət-Qərvənd, Narınclar, Kuropatkino, Əmiranlar, Muğanlı, Qaradağlı və keçmiş DQMV-nin digər keçmiş azərbaycanlı kəndlərinə qayıtması – nə qədər görüləsi iş var! Diqqəti və səyləri bu məsələlər üzərində cəmləşdirmək lazımdır.

İndi keçmişə boylanmaq yox, yeni reallıqları əsas götürmək lazımdır.

Son olaraq, öz bəyanatında hansısa mifik “işlərin yerinə yetirilməsinə sübutlar” barədə xatırladan həmsədrlərə məsləhət görmək istərdim ki, hərbi əsirlər məsələsinin artıq bağlanması barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı ilə bir də tanış olsunlar. Bizim ölkədə hərbi əsir yoxdur!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi