DÜNYA


ATƏT müşahidəçiləri Baltikyanı ölkələrin hərbi bölmələrində silahları yoxlayırlar

Vilnüs, 7 sentyabr, AZƏRTAC

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri Baltikyanı ölkələrin hərbi bölmələrində silahları yoxlayırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Litva Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ATƏT əməkdaşları 5-11 sentyabr tarixlərində Tapa (Estoniya), Adaji (Latviya) və Rukla (Litva) şəhərlərində dislokasiya edilmiş hərbi bölmələrə baş çəkəcəklər.

Litva Quru Qoşunlarının “Gelezinis vilkas” (“Dəmir canavar”) Mexanikləşdirilmiş piyada briqadasına ziyarət zamanı beynəlxalq müşahidəçilər bu ölkə hərbçilərini istifadəsindəki silah və hərbi texnikaya baxış keçirəcəklər.

Qeyd edək ki, budəfəki yoxlamalarda ATƏT-in 20-dən çox üzv ölkəsindən 40-dan çox müşahidəçi iştirak edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.