CƏMİYYƏT


ATU-nun Tədris Terapevtik Klinikasında vətəndaşların ödənişsiz müayinəsi ilə bağlı aksiya başlayıb

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının daxili xəstəliklər kafedrasında vətəndaşların ödənişsiz müayinəsi ilə bağlı aksiya başlayıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu həftə ərzində şöbənin bütün həkimlərinin qəbulu ödənişsiz olacaq.

Klinikanın daxili xəstəliklər kafedrasının müdiri Vəsadət Əzizovun sözlərinə görə, əsasən ürək, qan-damar sisteminin fəaliyyəti ilə bağlı problemi olan pasiyentlər müayinə ediləcək. Həmçinin daxili xəstəliklərin terapevtik aspektdən müayinəsi təşkil olunacaq.

Kampaniya yanvarın 18-dək davam edəcək.

Qəbula yazılmaq üçün əlaqə saxlamaq mütləqdir.

Ünvan: Mərdanov qardaşları küçəsi,1001-ci məhəllə, ATU-nun Tədris Terapevtik Klinikası, 8-ci mərtəbə. Telefon: (012) 441-33-18.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.