SİYASƏT
AVROPA BİRLİYİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Vilayət Quliyev Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsinin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və bu təşkilatla səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qonaqların diqqətinə çatdırmışdır.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə qonaqlara məlumat vermiş, münaqişənin ölkəmizin iqtisadiyyatına vurduğu ziyandan söhbət açmış, oktyabrın 15-də ədalətli və demokratik şəraitdə keçirilmiş prezident seçkilərini vahid Avropa ailəsinə daxil olan respublikamızın demokratik dəyərlərə inteqrasiyasının bariz nümunəsi kimi səciyyələndirmişdir.
Nümayəndə heyətinin rəhbəri Heyki Talvitye təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığının gələcək inkişafına böyük əhəmiyyət verildiyini və qarşılıqlı maraq kəsb edən əlaqələrin daha intensiv şəkildə davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Heyki Talvitye, münaqişənin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə öz ədalətli həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.