İDMAN
AVROPA ÇEMPİONATINDA ÖLKƏMİZİ 8 SAMBOÇU TƏMSİL EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizin sambo üzrə yığma komandası aprelin 13-17-də Serbiya və Çernoqoriyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında ölkəmizin idman şərəfini 8 samboçu ilə qoruyacaqdır.
Baş məşqçi Mübariz İbrahimovun verdiyi məlumata görə, Belqradda Azərbaycanı yeniyetmə və gənclər arasında Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısı İslam Qasımov (52 kq), dünya çempionatının mükafatçısı Elçin Mayılov (57 kq), ikiqat dünya çempionu Hakim Nəzərəliyev (62 kq), dünya birinciliyində ikinci yer tutmuş Mobil Hüseynov (68 kq), Elməddin Əhmədov (74 kq), gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Seyran Rəhimov (82 kq), Avropa çempionatının bürünc medalçısı Asif Səfərbəyov (90 kq) və qitə birinciliyinin qalibi Vasif Səfərbəyov (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Beynəlxalq dərəcəli hakim Cabir İsmayılov turnirin hakimləri arasındadır.