SİYASƏT
AVROPA ŞURASI BAŞ KATİBİNİN BƏYANATI
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Şurasının baş katibi Valter Şvimmerin bəyanatını yaymışdır. Bəyanatda o, Gürcüstan iqtidarını və müxalifətini ölkə parlamentinə noyabrın 2-nə təyin edilmiş seçkiləri Avropa Şurasının standartlarına uyğun surətdə keçirməyə çağırmışdır.
Sənəddə deyilir ki, demokratik seçkilər üçün zorakılıq və ya saxtakarlıq məqbul deyildir, bu cür hallara yol verənlər küçə metodları ilə deyil, mövcud qanunlara əsasən məsuliyyət daşımalıdırlar.
Avropa Şurası baş katibinin fikrincə, “parlamentdə kimin neçə yer tutacağı deyil, seçkilərin ölkə seçicilərinin və Avropa ictimaiyyətinin nəzərində qanuni və demokratik olması vacibdir, çünki Gürcüstan belə seçkilərə layiqdır”.