İDMAN
AVSTRALİYA FUTBOLÇULARI FİFA-NIN QADAĞASINI POZDULAR
FİFA qaydalarına görə, 2006-cı il dünya çempionatında çıxış edən komandaların oyunçularının mərc bağlamağa ixtiyarı yoxdur. Çempionat başlanmazdan əvvəl futbolçular bu barədə yazılı şəkildə öhdəlik götürmüşlər.
Bəs ictimaiyyət bu hadisədən necə xəbər tutmuşdur? Demə, avstraliyalıların dünya çempionatlarında ilk qolunun müəllifi Tim Keyhill Britaniyanın “News of the World” (“Dünya xəbərləri”) nəşrinə bildirmişdir ki, Arçi Tompson və Lukas Neyl ona üstünlük vermişdilər.
Keyhill demişdir: “Mən birinci qolu vuran kimi məhz ona görə Arçinin də oturduğu ehtiyat oyunçular skamyasına tərəf cumdum”.
Avstraliya Futbol Federasiyasının rəsmi nümayəndələri bildirmişlər ki, FİFA-nın bu hadisəni araşdırmağa başladığı barədə onlara heç nə məlum deyildir.
Lakin FİFA məmurlarından biri vurğulamışdır ki, bu məsələ ilə təşkilatın İntizam Komitəsi məşğul olur.