RƏSMİ XRONİKA
AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HAYNTS FİŞERƏ
Hörmətli cənab Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2004-cü il.