İQTİSADİYYAT


“AXA MBASK”ın sığorta fəaliyyətinə verilmiş lisenziya məhdudlaşdırılıb

Bakı, 9 mart, AZƏRTAC

“AXA MBASK” Sığorta Şirkəti ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziya məhdudlaşdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, “AXA MBASK” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar ASC-yə verilmiş icrası məcburi göstəriş - təqdimata vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və MBNP-nin Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, palatanın idarə heyətinin martın 5-də qəbul etdiyi qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.