İQTİSADİYYAT


AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

Bakı, 8 yanvar, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) cari ilin aprelin 2-dən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı “Airbus A319” tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından həyata keçiriləcək.

Almatı Qazaxıstanın “cənub paytaxtı” adlanır. Şəhər cənub paytaxtının bir növ “vizit kartı” olan inanılmaz gözəl qarlı dağlar - Alatau dağları platosunda yerləşir. Eyni zamanda şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər bir imkana malikdir.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və “www.azal.az” saytında təxsis etmək və əldə etmək mümkündür.

Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada “AZAL Miles” proqramında iştirakçı nömrəsi qeyd edilməlidir. “AZAL Miles” bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin “www.miles.azal.az” saytında təqdim edilib. Proqram iştirakçısı olmayan şəxslər “http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az” keçidi vasitəsilə qeydiyyatdan keçə bilər.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələrinə və “[email protected]” elektron ünvanına, “WhatsApp”: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir) nömrəsinə müraciət etmək mümkündür.

“AZAL Miles” bonus proqramına dair sualları “[email protected]” ünvanına, yaxud “www.azal.az” saytında doldurulan əlaqə forması vasitəsilə göndərmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.