SİYASƏT
AZƏRBAYCANDA YENİ AKKREDİTƏ OLUNMUŞ SƏFİRLƏR ETİMADNAMƏLƏRİNİN SURƏTİNİ XARİCİ İŞLƏR NAZİRİNƏ TƏQDİM ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, aprelin 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Anqola Respublikasının, Oman Sultanlığının, Avstraliyanın, Şri-Lanka Demokratik Sosialist Respublikasının, Bəhreyn Krallığının və Koreya Respublikasının Azərbaycanda yeni akkreditə olunmuş səfirləri Roberto Leal Ramos Monteyro, Məhəmməd Bin Nasser Bin Həmid Əl-Vohaibi, Conatan Filp, Omar Kamil, Kamil Saleh Əs-Saleh və Kim Sonq Xvan ilə görüşmüşdür.
Görüşdə səfirləri salamlayan ölkəmizin xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov Azərbaycan tərəfinin ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsini arzuladığını bildirmişdir.
Səfirlər nazir Elmar Məmmədyarovu yeni təyinatı ilə təbrik etmiş, ona bu məsul işdə uğurlar arzulamışlar. Onlar səfir vəzifəsindəki fəaliyyətləri müddətində ölkələrinin Azərbaycanla münasibətlərin daha da genişlənməsi və hərtərəfli əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklərini bildirmişlər.
Görüş zamanı səfirlər öz etimadnamələrinin surətini nazir Elmar Məmmədyarova təqdim etmişlər