Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCANIN BAŞ NAZİRİ DAĞISTAN DÖVLƏT ŞURASI SƏDRİNİN ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Azərbaycanın baş naziri Artur Rasizadə yenidən Dağıstan Respublikası Dövlət Şurasının sədri seçilmiş Məhəmmədəli Məhəmmədovun vəzifəsinə başlaması münasibətilə təntənəli mərasimdə iştirak etmək üçün iyulun 25-də Mahaçqalaya gəlmişdir. 

Mahaçqala hava limanında respublikamızın baş nazirini Dağıstan hökumətinin sədri Xizri Sıxsəidov, Dövlət Şurasının üzvü Qurban Qurbanov, digər rəsmi şəxslər qarşıladılar. Azərbaycanın baş naziri maşın karvanının müşayiəti ilə Mahaçqala Rus Dram Teatrına gəldi. Burada Dağıstan Respublikası Dövlət Şurası sədrinin andiçmə mərasimi oldu.

Mərasimi giriş sözü ilə Dağıstan Xalq Məclisinin sədri Muxu Əliyev açaraq, Məhəmmədəli Məhəmmədovun Dövlət Şurasının sədri seçilməsi haqqında respublika qanunvericilik orqanının qərarını oxudu və Dağıstan Respublikası ali icra orqanı başçısının vəsiqəsini ona təqdim etdi. O dedi ki, Məhəmmədəli Məhəmmədovun Dövlət Şurasının sədri vəzifəsini icra etməyə başlaması Dağıstan xalqlarının ümumxalq bayramı – Konstitusiya günü ilə bir vaxta düşmüşdür.

Məhəmmədəli Məhəmmədov and içdikdən sonra, Rusiya Prezidenti İcra Aparatının rəhbəri Aleksandr Voloşin Rusiya Federasiyasinin Prezidenti Vladimir Putinin təbrik məktubunu oxudu.

Rusiya hökuməti sədrinin müavini Valentina Matviyenko Məhəmmədəli Məhəmmədovu üçüncü müddətə Dağıstan Dövlət Şurasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, onu Şimali Qafqazda əmin-amanlıq və sabitlik rəmzi adlandırdı.

Sonra söz Azərbaycanın baş naziri Artur Rasizadəyə verildi. O bildirdi ki, dövlətimizin başçısının ona həvalə etdiyi şərəfli vəzifəni yerinə yetirərək, yenidən Dağıstan Respublikası Dövlət Şurasının sədri seçilməsi münasibətilə Məhəmmədəli Məhəmmədova Azərbaycan Prezidenti Heydər Əliyevin səmimi təbrikini və xoş arzularını çatdırır. Baş nazir dedi ki, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Dağıstan xalqlarına özünün ən səmimi hisslərini yetirməyi, onlara sülh, firavanlıq, tərəqqi arzuladığını bildirməyi xahiş etmişdir.

Artur Rasizadə bildirdi ki, Azərbaycan və Rusiya özlərinin qarşılıqlı münasibətlərində prinsipcə yeni səhifə açaraq indiki yüzilliyə strateji tərəfdaşlar kimi qədəm qoymuşlar. 2001-ci ilin yanvarında Rusiya Prezidenti Vladimir Putinin respublikamıza rəsmi səfəri və 2002-ci ilin fevralında Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfəri bu müsbət prosesdə əlamətdar hadisələr oldu. Hər iki səfərin yekunlarına əsasən, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanmışdır.

Baş nazir Rusiya ilə çoxtərəfli əməkdaşlıq çərçivəsində yaxın qonşumuz olan Dağıstan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi məsələsinə toxunaraq xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin və Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun həyata keçirdikləri müdrük, uzaqgörən siyasət Azərbaycan və Dağıstan xalqları arasında əsrlər boyu yaranmış və irsən nəsildən-nəslə ötürülmüş mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün yaxşı zəmindir. 1996-cı ilin martında Dağıstan rəhbərinin Bakıya səfəri zamanı imzalanmış ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında hökumətlərarası saziş əməkdaşlığımızın hüquqi bazası oldu və ikitərəfli münasibətləri xeyli fəallaşdırmağa imkan verdi. Bundan əlavə, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 2001-ci ilin aprelində Moskvada keçirilmiş beşinci iclasında Dağıstanla əməkdaşlığa, o cümlədən kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa xüsusi diqqət yetirildi. Dağıstan hökumətinin sədri Xizri Şıxsəidov ölkəmizdə olmuş, Azərbaycan Prezidenti ilə görüşmüş, habelə Nazirlər Kabinetində görüşlər keçirmişdir. Bu görüşlərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur.

Sonra Artur Rasizadə iqtisadi münasibətlərin uğurlu inkişafını konkret rəqəmlərlə əsaslandıraraq bildirdi ki, 2001-ci ildə Dağıstandan keçən şimal maşrutu ilə 2,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir ki, bu da 2000-ci ildəkindən təxminən 5 dəfə çoxdur. Cari ildə də indəyədək azı 2,5 milyon ton neft nəql edilmişdir.

Azərbaycanın baş naziri bunu da vurğuladı ki, müsbət inteqrasiya prosesləri ilə yanaşı, Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının taleyinə ağır təsir göstərmiş terrorizm, təcavüzkar separatizm, silahlı münaqişələr kimi transmilli xarakter daşıyan çoxlu təhlükə və risklər də mövcuddur. Respublikamızın ərazi bütövlüyü pozulmuşdur, onun 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, təxminən bir milyon vətəndaşımız doğma yerlərindən qovularaq on ildir ki, çadır şəhərciklərində çox ağır şəraitdə yaşayır. Artur Rasizadə dedi: “Əsas vəzifə Qafqazdakı bütün münaqişələri sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə və normalarına ciddi əməl olunmaqla həll etməkdən ibarətdir”.

Artur Rasizadə sonra Məhəmmədəli Məhəmmədova Azərbaycan rəssamının çəkdiyi “Baharın gəlişi” tablosunu təqdim etdi.

Mərasimdə Rusiya Federasiyasının bəzi subyektlərinin rəhbərləri də çıxış etdilər. Qaraçay-Çərkəs Respublikasının Prezidenti Vladimir Semyonov dedi: “Azərbaycanın baş nazirinin burada olmasından istifadə edərək, Şimali Qafqaz respublikalarının rəhbərləri adından Azərbaycan Prezidenti çox hörmətli Heydər Əliyevə xüsusi ehtiramımızı bildirmək istəyirəm”.

Səmimi sözlərə görə natiqlərə təşəkkür edən Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov Dağıstana və bu respublikanın xalqlarına yüksək ehtirama görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdi. Məhəmmədəli Məhəmmədov vəzifəsinin icrasına başlaması münasibətilə təntənəli mərasimdə iştirak etməyi respublikamızın baş nazirinə tapşırmasını dövlətimizin başçısının Dağıstana diqqət və hörmətinin təzahürü adlandırdı.

Təntənəli mərasimin sonunda Dağıstanın incəsənət ustalarının iştirakı ilə konsert oldu.

Sonra baş nazir Artur Rasizadə Dağıstan Respublikasının Konstitusiya günü və Dövlət Şurası sədrinin vəzifəsinin icrasına başlaması münasibətilə təşkil olunmuş ziyafətdə iştirak etdi.

Artur Rasizadə iyulun 25-də axşam Bakıya qayıtdı. Azərbaycan baş nazirini Mahaçqala hava limanında Dağıstan Respublikası Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov, hökumətin sədri Xizri Şıxsəidov, Xalq Məclisinin sədri Muxu Əliyev, Kabarda-Balkar Respublikasının Prezidenti Valeri Kokov yola saldılar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Mahaçqala-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir