İDMAN
AZƏRBAYCANIN FUTBOL HİMNİ YAZILMIŞDIR
Futbol mütəxəssisləri və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələrindən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş 12 əsərin yalnız 6-nı müzakirə etmişdir. “Şuşa” adlı himn yekdilliklə müsabiqənin qalibi elan edilmişdir. Himnin bəstəkarı xalq artisti Vasif Adıgözəlovdur. Sözləri isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanındır. İkinci yerə layiq görülən “Banışevski” adlı əsərin müəllifi isə bəstəkar Faiq Sücəddinovdur.
Birinci yer üçün 3000, ikinci yer üçün isə 1000 AZN məbləğində mükafat veriləcəkdir.
Tədbirdə çıxış edən futbol və musiqi mütəxəssisləri “Şuşa” himninin yüksək peşəkarlıqla, milli dəyərlərə əsaslanaraq yazıldığını qeyd etmişlər. Müəllif hüququ AFFA-ya məxsus olan bu himn digər idman yarışlarında da səsləndirilə bilər.