İQTİSADİYYAT
“AZƏRBAYCANIN İSTİQRAZLAR BAZARININ PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA KONFRANS
UniBank-ın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda qiymətli kağızlar bazarının perspektiv inkişafı məsələləri
qaldırılmışdır. Kriman bildirmişdir ki, korporativ istiqrazları payızda yerləşdirmək nəzərdə tutulmuşdur. Konfransda deyilmişdir: “TASİS layihəsi bir çox hissələrdən ibarətdir. Onlardan biri istiqrazların təcrübi buraxılışına hazırlıq zamanı məsləhətçiləri maliyyələşdirmək olmuşdur. Potensial emitentlərin seçimi üzrə iş aparılmışdır. İki şirkət seçilmişdir. Onlardan biri UniBank-dır. Nəticələr yaxşı olmuşdur, bunda da xidmətləri TASİS tərəfindən maliyyələşdirilən Denholm Hall şirkətinin böyük rolu olmuşdur”.
Konfransa dəvət edilmiş yeganə bank UniBank idi. Korporativ istqrazların birja bazarının inkişafı 2004-cü ilin əvvəlində məhz UniBank tərəfindən istiqrazların debüt buraxılışı ilə başlanmışdır. Xatırladaq ki, bu buraxılışda tələb təklifi 270 faiz üstələmişdir. Bu hadisə dünyanın ən iri nəşrləri, o cümlədən “Financial Times” qəzeti, Röyter and Bi-Bi-Ci tərəfindən işıqlandırılmışdır.
C.Quliyevin sözlərinə görə, manatla istiqrazların ilk buraxılışının
yerləşdirilməsində UniBank-ın əldə etdiyi nailiyyət fond bazarında
fəalliyyətini sürətləndirmək üçün bütün bank və qeyri-bank sektorlarının inkişafına təkan vermişdir.
İyulun 28-də UniBank 5 milyard manat məbləğində üçüncü
emissiya keçirmişdir və Azərbaycanda korporativ istiqrazlar bazarında liderliyi əlində saxlayır. Bank 2005-ci ildə beynəlxalq reytinq almaq üçün müraciət etmək fikrindədir, bu isə ona beynəlxalq kapital bazarına çıxmağa imkan verəcəkdir. C.Quliyev demişdir ki, UniBank xarici sərmayədarlara yönəldilmiş öz valyuta istiqrazları emissiyasının layihəsi üzərində işi davam etdirir.