SİYASƏT


AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ MDB XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASINDA İŞTİRAK ETMƏK ÜÇÜN KİYEVƏ GETMİŞDİR

Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovun dəvəti ilə Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbədənkənar iclasında iştirak etmək üçün noyabrın 25-də Kiyevə getmişdir.

AZƏRTAC-ın Moskvadakı müxbiri RF XİN-in mətbuat xidmətinə istinadla bildirir ki, iclasda xarici siyasət idarələrinin başçıları Gürcüstandakı vəziyyəti müzakirə edəcək və bu barədə birgə bəyanatın qəbul olunacağı gözlənilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Yakovenkonun verdiyi məlumata görə, XİNŞ-in növbədənkənar iclası Ukraynanın təşəbbüsü ilə keçirilir və burada müzakirə olunacaq məsələ MDB-nin üzvü olan bütün ölkələri narahat edir. İclasda Rusiya xarici işlər naziri İqor İvanov Gürcüstana səfəri barədə məlumat verəcəkdir. Gürcüstandakı vəziyyət Rusiya və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 24-də Moskvada apardıqları danışıqlarda da ətraflı müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.