Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCANI YENİDƏN XAOSA SÜRÜKLƏMƏK İSTƏYƏN DAĞIDICI MÜXALİFƏTİN BƏDNAM HƏRƏKƏTLƏRİ GƏNC NƏSLİN ƏXLAQ TƏRBİYƏSİNƏ, XALQIMIZIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNƏ ZƏRBƏ VURUR
ÖLKƏMİZİN TANINMIŞ MAARİF XADİMLƏRİNİN “AMAL”ÇILARA CAVABI BELƏDİR

Son günlər ölkədə fəaliyyət göstərən radikal, dağıdıcı müxalifət partiyaları, onların himayə etdikləri ictimai-siyasi təşkilatlar və mətbuat orqanları Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, milli əxlaq və mentalitetinə zidd olaraq dövlətçiliyimizə, xüsusən də, dövlətin əsas atributlarından sayılan ölkə Prezidentinə qarşı böhtan və iftiralarla dolu yazılarla çıxış edir, bəyanatlar verirlər. Həmin bədnam yazılarda qarşıdan gələn 2003-cü il prezident seçkilərini pozmaq, ölkəmizi xaosa, hərc-mərcliyə sürükləmək çağırışları səslənir, ölkəmizin Prezidentinin səhhəti ilə bağlı milli-əxlaqi normalara sığmayan, balalarımızın mənəvi tərbiyəsinə sağalmaz yaralar vuran təhqir və böhtanlara yol verilir. Özünü ziyalı adlandıran, milli-mənəvi dəyər olan ziyalılığı əslində bəd əməlləri ilə hörmətdən, nüfuzdan salan bir qrup, necə deyərlər, amalsız “Amal”çının imzaladığı və bu günlərdə müxalifət mətbuatında dərc edilən üzdəniraq bəyanat da bu qəbildən olub, məzmun və mündəricəsi baxımından milli dövlətçiliyə zidd mövqeyinə görə təhsil işçilərində qəzəb və hiddət doğurmuşdur. 

Aydın həqiqətdir ki, əsl ziyalı Vətən və millət yolunda ağlının, zəkasının nurunu əsirgəməyən, milli mənafeyi hər zaman hər bir amaldan, istəkdən uca tutan insandır. Belə bir adi həqiqəti dərk etməyənlər, özünü “ziyalı” adlandıranlar ölkəmizin Prezidentinin – xalqımızın milli sərvəti, maarifimizin, təhsilimizin, mədəniyyətimizin misilsiz təəssübkeşi və müdrik himayəçisi, zəmanəmizin böyük ziyalısı Heydər Əliyevin səhhəti mövzusunu siyasi alver və möhtəkirlik vasitəsinə çevirməklə, bütün milli dəyərləri və mənəviyyat prinsiplərini öz çirkin siyasi məqsədlərinə qurban verməklə, görəsən, millətin gələcəyi olan övladlarımızın tərbiyəsinə hansı zərbələr vurduqlarının fərqindədirlərmi?!

Biz, həmin bəyanatda dövlətimizin başçısı, müdrik el ağsaqqalı, dünya azərbaycanlılarının milli iftixarı olan Heydər Əliyev haqqında deyilən iftira və böhtanları qətiyyətlə rədd edir, belə üzdəniraq əməlləri bu gün ölkə əhalisinin dörddə birini təşkil edən şagird və tələbələrimizin mənəviyyatına vurulan zərbə kimi dəyərləndirir, həmin şəxsləri ziyalı adından sui-istifadə etməməyə, uca ziyalı adına ləkə vurmamağa səsləyir və deyirik: Tarix və zaman bu səhvi heç zaman bağışlamayacaqdır.

Prezident Heydər Əliyev hakimiyyətdə olduğu bir qərinə ərzində hər zaman təhsilə, maarifə, elm və mədəniyyətə qayğı ilə yanaşmış, təhsil işçilərinə, həqiqi ziyalılara dayaq olmuş, ziyalılığı yüksək qiymətləndirmişdir. Bu, dahi tarixi şəxsiyyətin, fenomenal dövlət xadiminin daxili ziyalılıq təbiətindən irəli gəlir. Heydər Əliyevin ziyalılığa, təhsilə, maarifə, elmə, mədəniyyətə, bütövlükdə Azərbaycan müəllimliyinə töhfələri olduqca çoxdur. Əslində möhtərəm Prezidentimizin həyat yolu və fəaliyyəti Azərbaycan xalqına, Azərbaycan təhsilinə, Azərbaycan ziyalılığına uca Tanrının töhfəsidir.

Əsrin üçdə birində milli tariximizin ən yaddaqalan məqamları, maarifimizin intibahı, təhsilimizin uğurları bu müdrik insanın, bu böyük ziyalının adı ilə bağlıdır. Bu bir həqiqətdir ki, həmin dövrdə - Heydər Əliyev epoxasında milli təhsilin üstün inkişafı, ölkənin intellektual potensialının zənginləşdirilməsi, təhsil quruculuğu sahəsində aparılan islahatlar milli tərəqqinin əsas amili olub və bu gün də olmaqdadır. Bu bir reallıqdır ki, keçmiş SSRİ kimi super dövlətin ötən əsrin 80-ci illərində aparılan təhsil islahatlarına rəhbərlik edəndə də, müstəqil Azərbaycanın təhsil sahəsində islahat prosesinin memarı və qurucusu kimi fəaliyyət göstərəndə də Heydər Əliyevi yalnız və yalnız Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edən təhsil, maarif və mədəniyyətin inkişafı düşündürmüş, bu yolda nə lazımsa hamısını, hətta, mümkün olmayanları da etmişdir. Keçən əsrin 70-80-ci illəri haqlı olaraq Azərbaycan təhsilinin intibah dövrü sayılır. Hələ o illərdə orden və medallara layiq görülmüş müəllimlərin sayı ölçüyəgəlməz dərəcədə artmış, üç müəllim Sosialist Əməyi Qəhrəmanı adına, 800-dən artıq müəllim “Əməkdar müəllim” adına layiq görülmüş, 800-dən artıq yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Çox şükürlər olsun ki, bu böyük ənənələr Heydər Əliyevin rəhbərliyi ilə indi də yaşayır.

Bu gün Azərbaycan təhsilində aparılan irimiqyaslı islahatların başında böyük maarifçi, böyük müəllim Heydər Əliyev durur. Onun qayğı və himayəsi ilə son illərdə Azərbaycan müəllimlərinin əmək haqqı 9 dəfə artırılmış, yüzlərlə təhsil işçisi Vətənimizin orden və medallarına, fəxri adlarına layiq görülmüşdür. Ölkəmizin Prezidentinin bu ilin əvvəlində imzaladığı Fərmanla ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində dövlət proqramı təsdiq edilmiş, onun icrasına başlanılmışdır.

Bütün bunları görmədən təhsilimizin böyük himayəçisi, əvəzsiz maarifçi, ziyalı Heydər Əliyev haqqında heç bir əxlaq normasına sığmayan iftira yağdıranların ziyalı adından danışmağa mənəvi haqqı yoxdur.

Ömrünü-gününü, qəlbinin hərarətini, gözünün nurunu gənc nəslin tərbiyəsi yolunda əsirgəməyən təhsil işçiləri bu fikirdədir ki, dövlətin, millətin simvolu olan ölkə başçısının – Prezidentin ünvanına böhtan yağdıranlar, bütün əxlaqi sədləri keçənlər, milli mənəviyyatı siyasi alver vasitəsinə çevirənlər gec-tez iflasa məhkumdur, tarix və zamanın qınağından heç vaxt yaxa qurtara bilməyəcək, lənətlə damğalanacaqlar.

Bu gün bütün dünya etiraf edir ki, Azərbaycanı idarə etməyə qadir tarixi şəxsiyyət Heydər Əliyevdir. Ölkəmizin bütün təhsil işçiləri qarşıdan gələn prezident seçkilərində Azərbaycan müəllimlərinin böyük dostu, görkəmli siyasi xadim, həqiqi ziyalı möhtərəm Heydər Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklər.

İnaniriq ki, Azərbaycanı 1993-cü ilin iyununa qədərki xaos dövrünə sürükləməyə çalışan radikal müxalifətin əlində oyuncağa çevrilən “Amal”çıların arzuları gözündə qalacaq, Vətənimizdə müstəqil Azərbaycan adlı tarixi abidə ucaltmış Heydər Əliyev növbəti müddətdə də Prezident kimi öz müqəddəs missiyasını uğurla yerinə yetirəcəkdir.

Amin!

Misir Mərdanov- təhsil naziri

Lətif Hüseynzadə - əməkdar müəllim, Naxçıvan MR

Zahid Şöyübov – xalq müəllimi, Yevlax rayonu

Məhər Quliyev – Sosialist Əməyi Qəhrəmanı, əməkdar müəllim, Tovuz rayonu

Sona Tağıyeva – əməkdar müəllim, Bakı şəhəri,

 

İmamverdi Əbilov – əməkdar müəllim, Neftçala rayonu

Heybət Qədirov – əməkdar müəllim, Yardımlı rayonu

Rima Hənifəyeva – əməkdar müəllim, Bakı şəhəri

Aliyə Təhmasib – əməkdar müəllim, Bakı şəhəri

Raisə Tahirova – əməkdar müəllim, Bakı şəhəri

Səyyarə Zeynalova – əməkdar müəllim, Bakı şəhəri

Minarə Tahirova – əməkdar müəllim, Sumqayıt şəhəri

Xəlil Xəlilov – əməkdar müəllim, Ağcabədi rayonu

Həsənağa Əhmədov – əməkdar müəllim, Salyan rayonu

Əjdər Ağayev – əməkdar müəllim, Respublika Təhsil Şurasının sədri

Mustafakamal Allahverdiyev – əməkdar müəllim, Şəki şəhəri

Müsəddin Məmmədov – əməkdar müəllim, Gəncə şəhəri

Səfərəli İbrahimov – əməkdar müəllim, Bakı şəhəri

Leyla Məmmədova – əməkdar müəllim, Bakı şəhəri

Əkrəm Əsgərov –əməkdar müəllim, Gəncə şəhəri

Nazim Nəsrəddinov – əməkdar müəllim, Bakı şəhəri

Zöhrab Vəliyev – əməkdar müəllim, Naxçıvan MR

Minayə Nəbbaqi – əməkdar müəllim, Bərdə rayonu

Sabir Məmişov – əməkdar müəllim, Bakı şəhəri

Məhəbbət Həsənova – əməkdar müəllim, Naxçıvan MR

Ruqiyyə Əliquliyeva – əməkdar müəllim, Şəmkir rayonu

Zəhra Əliyeva – əməkdar müəllim, “Azərbaycan məktəbi” jurnalının redaktoru

Sara Xanlarova – Səbail Rayon Təhsil Şöbəsinin müdiri

Tacir Əliyev – Şuşa Rayon Təhsil Şöbəsinin müdiri

Ədalət Əsgərov – Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri

Dövlət Məmmədov – müəllim, Naxçıvan MR

Ceyran Quliyeva – müəllim, Bakı şəhəri

Faina Ələkbərova – müəllim, Bakı şəhəri

Masiko Babacanaşvili – müəllim, Qax rayonu

Hicran Qarayeva – müəllim, Bakı şəhəri

Nikolay Vasilçenko – müəllim, Bakı şəhəri

Yevgeni Şubin – müəllim, Qusar rayonu

Vyaçeslav Pankov – müəllim, Bakı şəhəri

Elxan Hüseynli – müəllim, Naxçıvan MR

Müslüm Əliyev – müəllim, Astara rayonu

Tahir Balayev – müəllim, Beyləqan rayonu

İradə Həsənova – müəllim, Laçın rayonu

Allahyar Bayramov – müəllim, İmişli rayonu

Məhərrəm Kazımov – müəllim, Lerik rayonu

Ramilə Abdulxalıqova – müəllim, Mingəçevir şəhəri

Nadir Xəlilov – müəllim, Şamaxı rayonu

Mustafa Qocayev – müəllim, Əli Bayramlı şəhəri

Qəzənfər Əliyev – müəllim, Gədəbəy rayonu

Dünyaxanım Mahmudova – müəllim, Abşeron rayonu

Hacıməmməd Məmmədov – müəllim, İsmayıllı rayonu

Cəmil Abbasov – müəllim, Biləsuvar rayonu

Tahir Tahirzadə - müəllim, Cəlilabad rayonu

Adəm Seyfullayev – müəllim, Masallı rayonu

Şövkət Qurbanov – müəllim, Xaçmaz rayonu

Qəşəm Qədiməliyev – müəllim, Ağstafa rayonu

Gülşən Piriyeva – müəllim, Salyan rayonu

Gülnarə Abdullayeva – müəllim, Bakı şəhəri

Rəhimə Əliyeva – müəllim, Bakı şəhəri

Nuriyyə Ağayeva – müəllim, Bakı şəhəri

Elmira İlizarova – müəllim, Bakı şəhəri

Məhəbbət Vəliyeva – müəllim, Bakı şəhəri

Sona Sadıxova – müəllim, Bakı şəhəri

Svetlana Şirman – müəllim, Bakı şəhəri

Aygün Əhmədova – müəllim, Bakı şəhəri

Xuraman Əliyeva – müəllim Bakı şəhəri

Sevinc Səfərəliyeva – müəllim, Bakı şəhəri

Fatmaxanım Quliyeva – müəllim, Quba rayonu

Zilnur Binnətova – müəllim, Samux rayonu

Əlikram İsayev – müəllim, Ucar rayonu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi