SİYASƏT
AZƏRBAYCANLILARIN SOYQIRIMINI DÜNYAYA TANITMALIYIQ
Qadın Problemləri üzrə Dövlət Komitəsində 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasim keçirilmişdir.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə bu qurumun sədri Zəhra Quliyeva “Azərbaycanlıların soyqırımını dünyada tanıtmalıyıq” mövzusunda məruzə ilə çıxış etmişdir. O, göstərmişdir ki, XX əsrin əvvəllərindən indiyədək ermənilərin fitvası ilə xalqımıza qarşı törədilən soyqırımlar nəticəsində 2 milyondan çox soydaşımız məhv edilmiş və ölkəmiz maddi-mənəvi itkilərə məruz qalmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu cinayətlər yalnız ölkəmizin Prezidenti tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılmışdır.
Sonra məruzə ətrafinda müzakirələr olmuşdur.
Yığıncaqda Qadın Problemləri üzrə Dövlət Komitəsi, dövlət və qeyri dövlət qadın təşkilatları, respublikanın görkəmli qadın ziyalıları BMT-yə, ATƏT-ə, Avropa Şurasına, beynəlxalq qadın təşkilatlarına, dünya ölkələrinin parlamentlərinə və dövlət başçılarına müraciət qəbul etmişlər.