İQTİSADİYYAT
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ GÜRCÜSTANDA GENİŞ QEYD EDİLİR
Tədbir iştirakçılarına erməni qəsbkarların ötən əsrin əvvəlindən bəri Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər, Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsi və bir milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salınması barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və erməni vəhşiliyinin, Azərbaycanın haqq işi barədə həqiqətlərin dünyaya yayılmasında ulu öndərimizin əvəzsiz xidmətləri olmuşdur.
Rayon rəhbərliyinin də iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri”, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərinə həsr olunmuş “Azərbaycan-Gürcüstan. Dostluğumuz əbədidir” kitabları, Qarabağda erməni vəhşiliklərini əks etdirən sənədlər və fotoşəkillər hədiyyə edilmişdir.
Tədbirdə iştirak etmiş səfirliyin məsul işçiləri Mahmud Əhmədov və Elxan Poluxov Gürcüstanın ucqar bölgəsində yerləşən Qaracalar kəndi sakinlərinin problemləri ilə maraqlanmış və Azərbaycan rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin gürcüstanlı soydaşlarımıza daimi diqqət və qayğısını vurğulamışlar.