AZƏRBAYCAN ALİMİ BEYNƏLXALQ AKADEMİYANIN MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AzerTAg.az
Görkəmli alim, Azərbaycan MEA-nın və bir sıra beynəlxalq akademiyaların akademiki, Milli Aviasiya Akademiyasının rektoru professor Arif Paşayev dünya elminə və təhsilə verdiyi böyük töhfəsinə görə yüksək mükafata - Elmi İnkişaf üzrə Beynəlxalq Şuranın Beynəlxalq Elmlər Akademiyasının (EİBŞ BEA) Nobel mükafatı laureatı Pavlov adına qızıl nişanına layiq görülmüşdür.
Bu barədə AZƏRTAC-a BEA-nın Azərbaycan Milli Bölməsindən xəbər vermişlər. Akademiyanın prezidenti Valter Koflerin və baş katibi Maykl Puritçerin bu münasibətlə göndərdikləri təbrik məktubunda vurğulanır ki, Arif Paşayevin yarımkeçiricilər fizikası sahəsindəki xidmətləri dünyada yaxşı məlumdur, onun elmi tədqiqatlarının nəticələri sənayenin müxtəlif sahələrində geniş tətbiq edilir.
Məktubda daha sonra xatırladılır ki, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin yaratdığı BEA-ya 2001-ci ildə üzv seçilmiş Arif Paşayev həmin akademiyanın Azərbaycan Milli Bölməsinin təsis edilməsinin təşəbbüsçülərindən biri olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var