İQTİSADİYYAT
AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ MƏNFƏƏTİ 38 FAİZ ARTMIŞDIR
2004-cü ilin birinci rübündə Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti 9,68 milyard manat təşkil etmişdir. Bu, 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çoxdur.
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-cü ilin üç ayı ərzində gəlir 87,84 milyard manat olmuşdur ki, bunun da 41,23 milyard manatı faizlər, 46,61 milyard manatı isə əməliyyatlar hesabına əldə edilmişdir. Bu dövr ərzində bankın ümumi xərcləri 71,16 milyard manat, o cümlədən ödənilmiş faizlər üzrə 20,72 milyard manat olmuşdur.
Birinci rüb ərzində ABB-nin aktivləri 22 faiz artaraq, 3,19 trilyon manata çatmışdır. Kredit portfeli 14,4 faiz artmış və 1,77 milyard manat olmuşdur. Həmin dövrdə fiziki və hüquqi şəxslərdən cəlb olunan vəsait 31 faiz artmış, əhalinin əmanətlərinin məbləği 85 milyard manat və ya 12,4 faiz çoxalaraq, 767 milyard manata çatmışdır.