İDMAN
AZƏRBAYCAN ÇEMPİONATI ƏRƏFƏSİNDƏ
İdman ustaları arasında 87,6 bal toplayan Teymur Şahlamazov çempion olmuşdur. Ustalığa namizədlər arasında Ruslan Balakişiyev 81,7 balla ayrı-ayrı alətlərdə daha yaxşı nəticə göstərmişdir. Birinci dərəcəli gimnastlar arasında fəxri kürsünün ən yüksək pilləsinə 112 balla Elvin Ağadadayev qalxmışdır. İkinci dərəcəli gimnastalar arasında Altay Əhədov (108,25 bal), üçüncü dərəcəlilər arasında isə Nurlan İbrahimli (52,3 bal) fərqlənmişlər.
Çempionatda yeniyetmələr arasında da qaliblər müəyyənləşmişdir. Birinci dərəcəli idmançıların yarışında qələbəni Emil İsmayılov (49,7 bal) qazanmışdır. İkinci dərəcəli yeniyetmə gimnastlar arasında birinci yerə Sartan Daşqın (53,2 bal) layiq görülmüş, üçüncü dərəcəlilər arasında birinci yeri 55,1 balla Hikmət Dursulov və Emil Quliyev bölüşmüşlər.
Qaliblərin hamısı respublika Olimpiya idmanı litseyinin yetirmələridir.