ELM VƏ TƏHSİL
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ BEYNƏLXALQ TƏŞKİLATIN ÜZVÜ SEÇİLMİŞDİR
Ukraynanın Yalta şəhərində Dövlət Universitetləri Beynəlxalq Assosiasiyasının (DUBA) XVI Beynəlxalq konfransı keçirilmişdir.
ABŞ, Rusiya, Belarus və digər ölkələrin alim və mütəxəssislərinin qatıldığı konfransda ölkəmizi Azərbaycan Dillər Universitetinin (ADU) 1 nömrəli ingilis dili fakültəsinin dekanı professor Əfqan Abdullayev təmsil etmişdir. O, AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, konfransda ADU-nun DUBA-ya üzvlüyü məsələsi müzakirə edilmiş və bu məsələ Direktorlar Şurasının qərarı ilə müsbət həll olunmuşdur.
Xatırladaq ki, iqamətgahı Nyu-Yorkda yerləşən və dünyanın 110 qabaqcıl universitetini birləşdirən DUBA 1990–cı ildən fəaliyyət göstərir. Qurumun məqsədi universitetlər arasında əməkdaşlığı genişləndirmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, müəllim və tələbə mübadiləsi aparmaqdır.