RƏSMİ XRONİKA
“AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI” ELMİ MƏRKƏZİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” nəşriyyat-poliqrafiya birliyinin bazasında Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılsın.
2. ”Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi dövlət büdcəsindən maliyyələşdirilsin və onun maliyyələşdirilməsi dövlət büdcəsində ayrıca sətirlə göstərilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binasının əsaslı təmiri, lazımi avadanlıqla, o cümlədən müasir kompüter texnikası ilə təchiz olunması məsələsini həll etsin;
-Azərbaycan Milli Ensiklopediyası məqalələrinin müvafiq müəllif haqları məbləğinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin büdcəsinə daxil olmasını təmin etsin;
-bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2004-cü il.