CƏMİYYƏT


AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ VI ÜMUMRUSİYA HİDROLOJİ QURULTAYINA DƏVƏT OLUNMUŞLAR

Bu il sentyabrın 28-dən oktyabrın 1-dək Sankt-Peterburq şəhərində VI Ümumrusiya hidroloji qurultayı keçiriləcəkdir.

YUNESKO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızın mütəxəssisləri həmin tədbirə dəvət olunmuşlar.

Qurultaydakı məruzədə Rusiya Federasiyasının su balansı, daşqınlar, onların qiymətləndirilməsi və proqnozu, su ehtiyatı, məcra prosesləri, su obyektlərinin ekoloji vəziyyəti, suyun keyfiyyəti və digər məsələlər müzakirə olunacaqdır.

Qurultayda MDB üzvü olan ölkələrdə, o cümlədən Azərbaycanda bu problemlərlə bağlı mövcud vəziyyətə də nəzər salınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.