MƏDƏNİYYƏT


“AZƏRBAYCAN PAYTAXTI ZƏNGİN XƏZƏR NEFTİ SAYƏSİNDƏ SOVET DÖVRÜNÜN AĞIR MANTİYASINI ÜZƏRİNDƏN ATMIŞDIR”

Jurnalist Elison Tomson İngiltərənin nüfuzlu “Financial Times” qəzetinin əlavəsi olan “Travel Unravelled” jurnalının may nömrəsində “Azərbaycan paytaxtı zəngin Xəzər nefti sayəsində sovet dövrünün ağır mantiyasını üzərindən atmışdır” sərlövhəli məqalə dərc edilmişdir.

Bakının müasir görkəminə ürəkdən heyran qaldığını bildirən, Bakıda neft intibahının şahidi olan Elison Tomson yazır: “Dauhəni, Dallası və hətta Aberdini yaddan çıxarın, birinci və ən gözəl neft şəhəri Xəzər dənizinin qərb sahilində yerləşir”. Məqalədə Bakının tarixi, diqqətəlayiq memarlıq abidəsini, muzeyləri, teatrları, YUNESKO-nun dünya irsinin abidələri siyahısına daxil edilmiş İcərişəhərin zəngin tarixi-mədəni irsi barədə geniş məlumat verilir. Jurnalist Qərb nümunələrindən geri qalmayan mehmanxana xidmətinin yüksək səviyyəsini, özünəməxsus milli mətbəximizi, habelə azərbaycanlıların qonaqpərvərliyini və mehribanlığını da vurğulayır. İncəzövqlü Qərb turistinin rəyini əks etdirən bütün bu amillər, şübhəsiz ki, ölkənin iqtisadi yüksəlişindən, turizm sahəsinin geniş potensialından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.