Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN BAKIDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 14-də Prezident sarayında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilsonu qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev səfiri mehribanlıqla salamlayaraq hal-əhval tutdu.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ROSS UİLSON dedi:

- Cənab Prezident, çox sağ olun. Mən çox yaxşı istirahət etdim. Üç həftə yarım istirahətdə oldum. Birləşmiş Ştatlarda, Vaşinqtonda oldum və Amerika Birləşmiş Ştatlarinin rəsmiləri ilə görüşdüm, Azərbaycan haqqında söhbətlər etdim. Elə bilirəm ki, həmin söhbətlər Sizin üçün də maraqlı olacaqdır. Bir qədər sonra bu söhbətlərə qayıda bilərik.

Cənab Prezident, çox sağ olun ki, Amerika Birləşmiş Ştatlarından qayıdan kimi məni belə tezliklə qəbul edirsiniz. Sizə və bütün Azərbaycan xalqına ən xoş yeni il arzularımı yetirirəm. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Buşdan, dövlət katibi Pauelldən və cənab Armitacdan Sizə salamlar yetirirəm.

Cənab Prezident, mən keçən həftənin üçüncü günü ABŞ Prezidenti cənab Buş ilə görüşdüm. O, Azərbaycana çox böyük maraq göstərir və eləcə də çox istəyir ki, Sizinlə və Ermənistan prezidenti Koçaryanla işi davam etdirsin. Çox arzu edir ki, bu ilin sonunadək Qarabağ məsələsinin həlli tapılsın. O, həm də Sizin səhhətinizlə maraqlandı və Sizə ən xoş arzularını yetirdi.

Dövlət katibi Pauell isə mənə dedi ki, Azərbaycanla bundan sonra da işləmək əzmindədir və bütün imkanlardan istifadə olunacaq ki, sentyabrın 11-də baş vermiş faciəli hadisədən sonra terrorizmin qarşısı hər bir sahədə, hər bir məqamda alınsın. Eləcə də Azərbaycanla birgə işləyib Dağlıq Qarabağ məsələsini sona çatdırmaq əzmindədir.

Çox şadam ki, yenidən Azərbaycana qayıtmışam və onların tapşırığı ilə Azərbaycanda öz işimi davam etdirirəm. Ümid edirəm ki, bizim əməkdaşlığımız 2002-ci ildə uğurlu olacaqdır. İnanıram ki, bu, keyfiyyət baxımından indiyə qədər olan əməkdaşlıqdan fərqlənəcəkdir.

Cənab Prezident, Sizə məlum olduğu kimi, 907-ci düzəliş barəsində də irəliləyiş əldə olunmuşdur. Artıq həftənin dördüncü günü sənədlər lazımi qaydaya salınmışdır və Prezidentin imzalaması üçün hazırdır.

Sizə onu da bildirmək istəyirəm ki, üzümüzə gələn iki ay müddətində Amerika Birləşmiş Ştatlarının bir neçə rəsmi nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir. Bu səfərlərin əsas məqsədi Sizin rəsmi şəxslərlə, nazirlərlə görüşmək və müvafiq sahələrdə işimizi irəli aparmaqdır, əməkdaşlığı genişləndirməkdir. Sizə məlum olduğu kimi, məhz 907-ci düzəlişə görə bu əməkdaşlıq belə geniş aparıla bilmirdi.

Azərbaycana 10 gün müddətində Amerika Birləşmiş Ştatlarından bir qrup gələcəkdir. Həmin qrup Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etmək haqqında fikir mübadiləsi aparacaq, görüşlər keçirəcəkdir. Daha sonra, 10-11 həftə müddətində Amerika Birləşmiş Ştatlarının hərbi ekspertlərindən ibarət bir qrup Azərbaycana gələcək və hərbi əməkdaşlıq haqqında danışıqlar aparacaqdır.

Cənab Prezident, təkrarlamaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Buşun və eləcə də Sizin liderliyiniz, rəhbərliyiniz altında bizi çox gərgin, çox maraqlı il gözləyir. Çox xoşbəxtəm ki, yenidən Azərbaycana qayıtmışam və Sizi yeni ildə bir daha görürəm.

HEYDƏR ƏLİYEV: Sağ olun. Sizin verdiyiniz məlumatlara görə təşəkkür edirəm. Prezident cənab Buşdan, cənab Pauelldən, cənab Armitacdan mənə gətirdiyiniz salamlara görə də təşəkkür edirəm. Onlara mənim salamlarımı, ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Ümidvaram ki, 2002-ci ildə onlar ölkələrinin inkişafında daha da yeni nailiyyətlər əldə edəcəklər.

Məmnunam ki, cənab Buş mənim səhhətimlə maraqlanıbdır. Mənim səhhətim yaxşıdır. Amma mən eşitdim ki, Prezident Buş peçenye yeyəndə nəsə onun boğazında qalıbdır. İndi necədir, yaxşıdır?

ROSS UİLSON: Mən bu barədə səhər qəzetdən oxumuşam.

HEYDƏR ƏLİYEV: Mən də bunu bir saat bundan öncə oxudum.

ROSS UİLSON: Məqalədən belə məlum olur ki, o, huşunu bir anlığa itirmişdir və hazırda yaxşıdır. Amma eyni zamanda, əlbəttə, Sizin narahatlığınızı ona çatdıraram.

HEYDƏR ƏLİYEV: Xahiş edirəm, çatdırasınız. Çünki mən bunu bir saat bundan öncə eşitdim.

Bizim 2002-ci ildə müştərək görəcəyimiz işlər haqqında verdiyiniz məlumata görə də məmnunluğumu bildirirəm. Təbiidir ki, biz gərək bu barədə geniş danışıqlar aparaq. Güman edirəm ki, sizinlə, ölkənizin nümayəndələri ilə bu danışıqları aparacağıq. Biz sentyabr ayının 11-dən sonra mənim verdiyim bəyanata bu gün də sadiqik. Beynəlxalq terrorizmə qarşı mübarizədə sizinlə, Amerika Birləşmiş Ştatları ilə bir koalisiyada, bir alyansdayıq və öz tərəfimizdən nə mümkündürsə edəcəyik. Bu, qlobal məsələdir. Bununla təkcə Amerika Birləşmiş Ştatları yox, başqa böyük ölkələr də məşğuldur və biz də məşğuluq. Ancaq bizim üçün başqa bir məsələ də var ki, o, bəlkə də dünya miqyasında qlobal xarakter daşımır. Amma bizim üçün qlobal xarakter daşıyır. Bu da Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsidir.

Mən çox məmnunam, siz mənə çatdırdınız ki, Prezident cənab Buş çox nikbindir və hesab edir ki, bu ilin sonuna qədər bu məsələni həll etmək lazımdır. Mən də nikbinəm. Biz bu məsələnin həll olunmasını hamıdan çox istəyirik. Amma mən çox arzu edərdim ki, Prezident cənab Buşun bu nikbinliyi və bu arzuları real tədbirlərlə həyata keçirilsin. Təbiidir, biz,- mən, Azərbaycan Prezidenti və Ermənistan Prezidentini nəzərdə tuturam, - görüşləri davam etdirəcəyik. Ancaq bu məsələnin həll olunması üçün bizə lazımi yardım da lazımdır. Mən bilirəm ki, məsələ ədalətli həll olunmalıdır. Biz də bunun tərəfdarıyıq. Bunun üçün də Minsk qrupunun həmsədrləri və xüsusən, Amerika Birləşmiş Ştatları öz səylərini artırmalıdır. Bu, bizim əsas problemimizdir, qarşımızda duran əsas vəzifədir.

Artıq indi, 907-ci düzəliş götürüləndən sonra və bizim əməkdaşlığımız üçün yeni imkanlar açıldıqdan sonra, güman edirəm ki, bu problemi də birlikdə həll etməliyik. Güman edirəm, bu yaxın günlərdə gərək 907-ci düzəlişlə əlaqədar olan prosedur da sona çatacaqdır. Doğrudur, indi siz də, biz də məsələni həll olunmuş kimi hesab edirik. Ancaq lazımdır ki, son imza atılsın. Güman edirəm, bu da olacaqdır. Bir daha deyirəm, siz də bunu dəfələrlə demisiniz, bu gün də dediniz, bu, bizim əməkdaşlığımız üçün yeni böyük imkanlar yaradacaqdır. Təbiidir ki, biz öz tərəfimizdən bu əməkdaşlığın həyata keçirilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik.

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi