Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYAYA DÖVLƏT SƏFƏRİNƏ YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə yanvarın 24-də Moskvaya dövlət səfərinə yola düşmüşdür. 

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir:

- Mənim səfərim haqqında sizin məlumatınız var. Son günlər mətbuat, o cümlədən bizim özəl televiziya kanalları bu səfər barədə həddindən artıq məlumatlar verirlər ki, hansı məsələlər müzakirə olunacaqdır. Ona görə bu barədə yeni məlumat verməyə ehtiyac yoxdur. Mənim mətbuat xidmətimin məlumatı verilibdir.

Bu, Rusiyanın Prezidenti cənab Putinin dəvətidir və Azərbaycan Prezidentinin Rusiyaya dövlət səfəridir. Mən hesab edirəm ki, bu, Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, genişlənməsi üçün çox mühüm bir hadisədir. Mən Moskvaya bu hissiyyatlarla gedirəm.

SUAL: Cənab Prezident, səfər zamanı Moskvada yaşayan azərbaycanlıların statusu məsələsi ayrıca müzakirə ediləcəkmi?

CAVAB: Bilirsiniz, mən heç bir şey demirəm, nə həll olacaq, nə olmayacaqdır. Bunları sabah görəcəksiniz. Mən hələ getməmişəm, amma televiziyanın biri deyir filan məsələ həll olunacaq, başqası deyir yox, filan məsələ həll ediləcəkdir. Ona görə də siz artıq hamısını demisiniz. Mən heç bir şey demirəm. Orada gedib nə həll edəcəyəm, məlum olacaqdır.

SUAL: Cənab Prezident, son vaxtlar Rusiyada azərbaycanlıların qətlə yetirilməsi və həbs edilməsi müntəzəm hal alıbdır. Bu məsələ müzakirə olunacaqmı?

CAVAB: Bilirsiniz, bunlar böyük xarakter daşımır. Hər ölkədə hər cür cinayət var, cinayət edən də, xəsarət alan da, ölən də var. Rusiya böyük bir ölkədir, orada yüz minlərlə azərbaycanlı yaşayır. Onların əksəriyyəti Rusiyanın vətəndaşıdır, yaxud Rusiyanın vətəndaşı deyildir. Gedib birini vururlar, təkcə azərbaycanlı deyil ki? Bunları şişirtməyin, bilirsiniz, problemə çevirməyin nə əhəmiyyəti var?

ANS kanalı hər gün, nə bilim, Moskvada hansısa xırda məhkəmə prosesini də verir. Yaxşı, bu, ANS kanalına layiqdirmi? O adamın şəxsiyyəti buna layiqdirmi? Onu narkotik maddələr üstündə həbs ediblər. İndi bu nədir ki, onu gündə çıxarıb göstərirsiniz? Ona görə mən sizdən, jurnalistlərdən xahiş edirəm, bir az diqqətli olun. Xırda-xırda şeyləri götürüb göyə qaldırırsınız.

SUAL: Cənab Prezident, təkbətək görüşünüzdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcəkmi?

CAVAB: Bəli, bu, daim gündəlikdə olan məsələdir.

SUAL: Siz konkret olaraq nə gözləyirsiniz?

CAVAB: Sabah görərsən.

SUAL: Cənab Prezident, Moskva danışıqları Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə hansı təsiri göstərə bilər?

CAVAB: Onu bu qız soruşdu, sən də soruşursan. Bunların hamısını siz yanvarın 26-da, mən buraya qayıdanda biləcəksiniz.

SUAL: Cənab Prezident, Avropa Şurasının Azərbaycana qarşı tutduğu qərəzli mövqeni necə izah edərdiniz?

CAVAB: Necə hesab edirəm, biz bunların hamısını demişik.

SUAL: Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti bildirmişdir ki, Avropa dövlətləri bu məsələdən öz məqsədləri üçün istifadə etmək istəyir. Ona görə də buna siyasi don geyindirilir. Sizin buna münasibətiniz necədir?

CAVAB: Ay qızım, məgər, sizin işiniz yoxdur, nədir? Yenə də deyəcəyəm. Bu Avropa Şurası məsələsi nədir ki, bütün mətbuat orqanları, özəl televiziyalar, xüsusən, ANS televiziyası bunu müzakirə edirlər. ANS televiziyasını açırsan Avropa Şurasını, cinayətkarları göstərirlər ki, bunları buraxacaqlar, buraxmayacaqlar. Bunu bir gün etmək olar, iki gün etmək olar, üç gün etmək olar. Deməli, məqsəd nədir? Məqsəd odur ki, Avropa Şurası Azərbaycana qarşı mənfi xarakterli bir qərar qəbul etsin? Yoxsa, məqsəd odur ki, Azərbaycan öz mövqelərini müdafiə etsin? Mən bunu anlamıram. Amma bu zamanda, bu dövrdə bu cinayətkarları gündə televiziyada göstərmək, onları populyarlaşdırmaq, məşhurlaşdırmaq kimə lazımdır? Bu, bizim milli mənafelərimiz üçün lazımdırmı?! Lazım deyildir. İndi hamının ağzına düşüb - Avropa Şurası, Avropa Şurası...

 

Biz Avropa Şurasının üzvüyük. Bizim münasibətlərimiz var. Onların bəzi tövsiyələri var. Biz onların bəzisini yerinə yetirmişik, bəzisi yerinə yetirilməyibdir. Bunlar müzakirə olunub qurtaracaqdır. Bunu bir aydır mətbuat səhifələrinə çıxarmısınız, özəl telekanallar bundan başqa bir şey vermirlər. Yaxşı, Azərbaycanda başqa bir problem yoxdurmu?

SUAL: Cənab Prezident, İrana səfərinizin vaxtı məlumdurmu?

CAVAB: Hələ müəyyən olunmayıbdır.

SUAL: Danışıqlar zamanı Xəzərin hüquqi statusu ilə bağlı bir yenilik olacaqmı?

CAVAB: İndi mən sizə nə deyim. Deyim, olacaq, ya olmayacaq? Görərsiniz.

SUAL: Cənab Prezident, İran tərəfi dəfələrlə viza rejiminin dondurulmasını istəyibdir. Sizin İrana səfəriniz zamanı bu məsələ müzakirə olunacaqmı?

CAVAB: Mən İrana səfər edəndə lazım olan məsələləri müzakirə edəcəyik.

SUAL: Cənab Prezident, son vaxtlar dini şüarlar altında bir sıra piket və nümayişlər keçirirlər. Sizcə bu, sosial tələblərlə bağlıdır, yoxsa siyasi məqsəd daşıyır?

CAVAB: Siz onları görürsünüz, eşidirsiniz?! Mənə belə gəlir ki, bunların heç biri sosial məsələlərlə bağlı deyildir. Həmin o şüarlar - ya din pərdəsi altındakı şüarlar, yaxud müxalifət qüvvələrinin başqa şüarları, sosial problemlər, Dağlıq Qarabağ problemi adı altındakı şüarlar - bunlar onların pərdəsidir. Bunların arxasında onların öz şəxsi məqsədləri, hakimiyyət uğrunda mübarizə durur. Dediyiniz o dini şüarlardan özlərinin hansısa məqsədlərinə nail olmaq üçün istifadə edirlər.

SUAL: Cənab Prezident 2002-ci ilin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar ili olacağı bildirilir. Fransanın Prezidenti Jak Şirakın bu məsələnin həllinin Paris prinsipləri əsasında olacağı fikrinə münasibətiniz necədir?

CAVAB: Danışıqlar olacaqdır.

SUAL: Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü nə vaxt olacaqdır?

CAVAB: Bilirsiniz, olacaqdır. Amma görürəm sözünüz yoxdur.

SUAL: Cənab Prezident, piketlərin, nümayişlərin keçirilməsində xarici qüvvələr maraqlı ola bilərmi?

CAVAB: Sən onların içində olursan? Görürsən, yoxsa yox? Sizin, jurnalistlərin məqsədi respublikada müəyyən məsələlərin ədalətli araşdırılmasına kömək etmək olmalıdır. Sizin imkanlarınız çoxdur. Mən sizə müraciət edirəm. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola saldılar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO