RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də İmişli rayonuna səfərini başa çatdırdıqdan sonra Əli Bayramlı şəhərinə gəlmişdir.
Rayon mərkəzində yerləşən Heydər Əliyev meydanında dövlətimizin başçısını və xanımını minlərlə sakin hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladı. Onların əllərində ulu öndərin və Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik kəlamları yazılmış transparantlar, Prezidenti salamlayan şüarlar var idi.
Prezident İlham Əliyev ulu öndərin meydanda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. Prezidentin xanımı Mehriban Əliyeva da abidə önünə gül qoydu.
Sonra meydanda şəhər ictimaiyyətinin nümayəndləri ilə görüş keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.
X X X
Əli Bayramlı sakinləri dövlətimizin başçısına yaxınlaşaraq səmimi görüşdülər, xoş arzularını çatdırdılar, şəhərdə aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirdilər.